No Image
No Image

Qüdrət Həsənquliyev İran-Azərbaycan əməkdaşlığı ilə bağlı təkliflər verdi

Qüdrət Həsənquliyev İran-Azərbaycan əməkdaşlığı ilə bağlı təkliflər verdi
"İran Ermənistandan heç bir şərt qoymadan Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanımağı tələb etməlidir”
 
Sfera.az xəbər verir ki, deputat Qüdrət Həsənquliyev bu fikirləri İran-Azərbaycan rəsmilərinin görüşün şərh edərkən deyib.
 
İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifinin Azərbaycan Prezidenti İlham Əliyev və Xarici İşlər naziri Ceyhun Bayramovla görüşündə iki ölkənin dostluq və əməkdaşlığına dair vacib bəyanatlar səslənib.

Xüsusilə də Azərbaycan Prezidenti ilə görüşdə İranın baş diplomatının "Əvvəlcə Sizi və Azərbaycan xalqını ərazilərinizi azad etməyiniz münasibətilə təbrik etmək istərdim. Ölkəniz və region baxımından bu qələbə Sizin rəhbərliyiniz və Azərbaycan xalqının mətanəti sayəsində mümkün olmuşdur. Ümid edirik ki, bu, region dövlətləri arasında dinc və normal münasibətlərin başlanğıcı olacaqdır”- deməsi, ermənilər üçün şok effekti yaradan mövqe olub. Bundan əlavə, İran XİN başçısı ölkəsinin Qarabağın bərpasında iştirak etmək niyyətini də ifadə edib. Eyni zamanda Zərifinin Prezident İlham Əliyevin Qarabağ zəfərindən sonra regional əməkdaşlıqla bağlı irəli sürdüyü təşəbbüsə dəstəyini ifadə etməsi, "Mən Sizin "3+3” əməkdaşlıq formatı təklifinizə uyğun olaraq, regionun 6 ölkəsini ziyarət edəcəyəm, yəni 5 üstəgəl İran. Sizin sülhlə bağlı təqdim etdiyiniz baxışınızın müzakirəsi və onun reallığa çevrilməsini təmin etmək üçün çalışacağam, çünki region ölkələrinin bir-biri ilə əməkdaşlıq edə bilməsi hamımızın maraqlarına uyğundur”, deyə, bildirməsi Bakı-Tehran əməkdaşlığının normal məcrada davamına şübhə yeri qoymur.

Xəbər verildiyi kimi, İran XİN başçısı Bakıdan başladığı səfər turnesini Rusiyada davam etdirib və rusiyalı həmkarı ilə görüşdə də Qarabağ məsələsi müzakirə mövzularından biri olub. Zərifinin Bakıda səsləndirdiyi bəyanatlar, ümumən iki müsəlman ölkənin münasibətlərinin indiki durumu hətta İranın Qarabağla bağlı siyasətindən narazı qalan bir sıra siyasətçilər tərəfindən də təqdir olunur.  

"İranın Xarici İşlər naziri Cavad Zərifin ölkəmizə səfərini yüksək dəyərləndirirəm. Cavad Zərifin bu səfəri Azərbaycan Respublikası Prezidentinin region dövlətləri arasında 6 tərəfli əməkdaşlığın yaradılması barədə təşəbbüsünün gerçəkləşdirilməsi istiqamətində atılan addım kimi qiymətləndirib”.

Millət vəkili qeyd etdib ki, Azərbaycan Prezidentinin irəli sürdüyü təşəbbüs mühüm əhəmiyyətə malikdir: "Regionda qonşular arasında yeni münaqişələr yaranmasın deyə, onlar dostluq və əməkdaşlıq etməli,bir-birlərinə münasibətdə beynəlxaqlq  hüquq normalarına hörmətlə yanaşmalıdırlar. İran Xəzərin statusu məsələsində konstruktiv mövqe sərgiləməli, Sovet İttifaqı ilə İran arasında de-fakto mövcud olmuş Astara-Həsənqulu dövlət sərhəd xəttini tanımalıdır”.

Q.Həsənquliyev hesab edir ki, Tehranın Qarabağ məsələsinə baxışındakı dəyişiklik təqdirolunandır, ancaq bunun davamı da gəlməlidir: "İran Dağlıq Qarabağ məsələsində 44 günlük savaşa qədər işğalçı Ermənistana münasibətdə sərgilədiyi mövqenin yanlış olduğunu qəbul edib, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməklə kifayətlənməməli, Ermənistandan heç bir şərt qoymadan Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanımağı tələb etməlidir. Yalnız bu halda Azərbaycanla İran arasında səmimi dostluq münasibətlərindən danışmaq olar”. Deputat digər mühüm məqama da diqqət çəkdi və atılmalı olan addımlardan bəhs etdi: "Böyük qonşumuz olmaqla yanaşı, İranda  - Cənubi Azərbaycanda - 30 milyona qədər Azərbaycan türkünün də yaşamasını nəzərə alıb, İran vətəndaşlarına qarşı viza rejimi aradan qaldırılmalı, insanların qarşılıqlı səfərlər zamanı sərhəd-keçid məntəqələrində vaxt itirməmələri üçün çoxlu sayda yeni gömrük-keçid məntəqələri açılmalı, keçid prosedurları xeyli sadələşdirilməlidir”.

Digər tərəfdən, Q.Həsənquliyev hesab edir ki, iki ölkə arasında qarşılıqlı investisiya qoyuluşu stimullaşdırılmalı, iqtisadi və mədəni əlaqələr genişləndirilməlidir:
 
"Azərbaycan hökuməti dövlət ali təhsil müəssisələrində İran vətəndaşları üçün pulsuz yerlər – kvota - ayırmalı, mədəni əlaqələr ən yüksək səviyyəyə qaldırılmalıdır. Azərbaycandakı toylara Cənubdan müğənnilərin dəvət olunmasının bir adət halına gəlməsini təbliğ və təşviq etməliyik. Regionun rifahı sülh və inkişafı təmin edəcək əməkdaşlıqdan keçir”.
 
(Musavat.com)

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Belarusla hərbi əməkdaşlıq müzakirə olundu

Martın 1-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Belarusun ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkov i...

Prezident mətbuat konfransında bir çox aktual məsələlərə aydınlıq gətirdi

Prezident İlham Əliyevin beynəlxalq media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı Azərbaycan həqiqətləri, regionda yaranmış yeni reallıqlar və bölgənin g...

Mikayıl Cabbarovdan açıqlama: “Bu sənəd davamlı inkişaf məqsədlərini əks etdirir"

"Bu sənədin imzalanması həmkar qurumların, İqtisadiyyat Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatı ailəsinə daxil olan təşkilatların birgə fəaliyyətin nəticə...

Nazir BMT ilə yeni əməkdaşlıq sənədini imzaladı

Bu gün BMT və Azərbaycan arasında "2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi” imzalanıb. Sfera.az xəbər verir ki, Azə...

Ceyhun Bayramov Özbəkistan səfiri ilə görüşdü - FOTO

Martın 1-də xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanovu qəbul edib. Xarici İşlər Nazi...

Prezidentin mətbuat konfransı - TAM VİDEO

26 fevral 2021-ci ildə Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirib. Konfransın tam orijinal versiyasına pres...