Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulur - MN
11:30 / 24.10.2020
1565
Döyüş mövqelərini itirərək geri çəkilməyə məcbur edilən düşmən Ermənistanın Gorus rayonu istiqamətindən Azərbaycanın Qubadlı rayonunun ərazisini artilleriya atəşinə tutur.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Sfera.az-a məlumat verilib.
Bildirilib ki, Ermənistan tərəfinin bu təxribatı törətməkdə məqsədi Azərbaycan Ordusunu cavab tədbirləri görməyə təhrik etməkdir.