No Image
No Image

Qubada karantin postunda saxlanılan avtomobildə nərə balıqları aşkarlandı

Qubada karantin postunda saxlanılan avtomobildə nərə balıqları aşkarlandı
Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları xüsusi karantin rejimi ilə əlaqədar rayon ərazisində qurulmuş postda Xaçmaz rayonu Xudat şəhər sakini Telman Vəliyevin idarə etdiyi nəqliyyat vasitəsini saxlayıblar.

DİN-in Mətbuat Xidmətinin Quba rayonu üzrə regional qrupundan Sfera.az-a verilən məlumata görə, şöbə əməkdaşları sürücünün sənədlərini yoxladıqdan sonra nəqliyyat vasitəsinin yük yerinə baxış keçiriblər. Bu zaman oradan T.Vəliyevə məxsus qanunla ovlanması qadağan edilmiş ümumi çəkisi 20 kiloqrama yaxın beş ədəd nərə balığı aşkar edilib.

T.Vəliyev qanunvericiliyə uyğun olaraq saxlanılaraq şöbəyə gətirilib.

Faktla əlaqədar Quba Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Daha bir Vətən müharibəsi iştirakçısına vəzifə verildi - FOTO

Səbail Rayon İcra Hakimiyyətində yeni təyinat olunub. Sfera.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidentinin müvafiq Fərmanının icrası çərçivəs...

Rusiyanın bu şəhərindən Bakıya çarter reysləri açılacaq

"Ural Hava Yolları” Yekaterinburq-Bakı-Yekaterinburq marşrutu üzrə çarter reysləri həyata keçirəcək. Sfera.az xəbər verir ki, uçuşlar martın 11-dən başlay...

Ziya Kazımovun ailəsi Prezidentə və birinci xanıma təşəkkür etdi

Ev dustaqlığına buraxılan Vətən Müharibəsinin iştirakçısı, mayor Ziya Kazımovun həyat yoldaşı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyev...

Prokuroluq əməkdaşları beynəlxalq təlimdə iştirak etdi

  Fevralın 22-24-də Avropa Şurasının Kibercinayətkarlıq üzrə proqram ofisinin təşkilatçılığı ilə "Kibercinayətlər və elektron dəlillər sahəsində əməkdaşlı...

Azərbaycanın avtomobil yollarındakı SON VƏZİYYƏT

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar ölkənin avtomobil yollarındakı vəziyyət barədə yeni açıqlama yayıb. Sfera.az&nb...

Oksigenlə zəngin hava şəraiti gözlənilir

Fevralın 26-dan sonunadək ölkə ərazisi nisbətən yüksək təzyiq sahəsinin təsiri altında olacaq. Oksigenlə zənginləşən, əsasən yağmursuz, mülayim küləkli hava şər...