Qubada əl qumbaraları tapıldı

Qubada əl qumbaraları tapıldı
Quba rayonu ərazisində 3 ədəd "F-1" əl qumbaraları aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Sfera.az-a bildirilib ki, Rayon Polis Şöbəsinə (RPŞ) Quba-Xınalıq yolunun Qırız Dəhnə kəndi ərazisindən keçən hissəsində 3 ədəd F-1 əl qumbaralarının olması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə gedən polis əməkdaşkarı əl qumbaralarını aşkar edərək götürüblər.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR