“Qorumayan vaksini niyə vurdurum?\" - Məşhur müğənnidən etiraz

“Qorumayan vaksini niyə vurdurum?\
Məşhur türkiyəli müğənni Yıldız Tilbenin son açıqlaması səs-küyə səbəb olub.
 
Sfera.az bildirir ki, ifaçı koronavirus əleyhinə vaksin vurdurmağın əleyhinə olduğunu deyib. Onun bu fikirləri izləyicilərinin etirazı ilə nəticələnib.

"Qorumayan vaksini niyə vurdurum? Təsdiq edilməmiş, istehsal edənlərin belə məsuliyyətini almadığı, bir şey olacağı halda öhdəlik daşımadıqları peyvəndi niyə vurdurum? 4 doza vaksin müdafiə etmirsə, 44 dozamı vurdurmalıyıq?”, - deyə müğənni qeyd edib.

Tilbe həmçinin son nəticədə hamının öləcəyini vurğulayıb: "Sanki ölümsüzlük peyvəndi kəşf ediblər”.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR