Qış aylarında koronavirusa yoluxma artacaq? – İnfeksionistdən açıqlama

Qış aylarında koronavirusa yoluxma artacaq? – İnfeksionistdən açıqlama
Qış fəslinin yaxınlaşması ilə əlaqədar infeksion xəstəliklərdə, o cümlədən koronavirusa yoluxmada  artımın olacağı bildirilir.

Buna müxtəlif səbəblər göstərilsə də, havaların soyumasının yoluxma dinamikası və ağırlaşmaların olmasına daha çox təsir etdiyi göstərilir.

Maraqlıdır, qış aylarında koronavirusa yoluxmada artım mümkündürmü? Yoluxma sayının artım dinamikası nəyə əsaslanır?
 
Mövzu ilə bağlı Sfera.az-a danışan həkim-infeksionist Fərrux Sədirov qış fəslində koronavirusa yoluxmanın artmasının xüsusi səbəbləri olduğunu bildirib:

"Bəzən yanlış olaraq fikirlər səsləndirilir ki, havaların soyuması ilə əlaqədar kəskin respirator xəstəliklər artır. Lakin bunun əsas səbəblərindən biri havaların soyuması deyil. Bilirik ki, Ərəbistanda hava ümumiyyətlə soyuq olmur, lakin orada da pandemiya var. Yəni koronavirusa yoluxma isti ölkələrdə də olur və virus tempraturdan asılı deyil. Sadəcə olaraq, qış ayları ərzində havalanmanın azalması, insanların bir məkanda sıx toplanmması ilə əlaqədar yoluxmaların sayında artım olur. Koronavirus olmadığı dövrlərdə də qış fəslində hər zaman qrip və digər infeksion xəstəliklərdə artım görülürdü”.

İnfeksionist koronavirusun ştammlarına yoluxmadan da bəhs edib:

"Pasientlərimizin "Delta", yaxud "Alfa" ştammına yoluxmasını biz bilmirik. Yəni bunun üçün xəstənin nəticələri xüsusi labarotoriyalarda tədqiq edilə bilər. Buna görə də kütləvi şəkildə xəstələrin hansı ştamma yoluxduğunu müəyyən etmək olmur.  Bu, yalnız eksperimental halda ola bilər. Müalicə proseduru spesifik olmadığına görə bütün müalicələr dəstək xarakterli olur. Buna görə də ştammından asılı olmayaraq xəstələrə dəstək müalicəsi verilir.
Hazırda xəstəliyin kliniki gedişatı və yoluxma dinamikası yay fəslində olduğu kimi davam edir”.
 
Əzizə Zeynal
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

“Xəstəliyi beyninə salanlar gec-tez yoluxacaq” – “Psixoloji koronavirus” orqanizmi necə məhv edir?

Koronavirusun yeni "Omikron” ştammının aşkar edilməsi bir sıra ölkələrin yenidən qapanma qərarları verməsinə səbəb olub. Digər mutasiyalardan daha sürətlə yay...

Qış aylarında koronavirusa yoluxma artacaq? – İnfeksionistdən açıqlama

Qış fəslinin yaxınlaşması ilə əlaqədar infeksion xəstəliklərdə, o cümlədən koronavirusa yoluxmada  artımın olacağı bildirilir. Buna müxtəlif səbəb...

Sağalanların sayı yoluxanları keçdi - 27 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 855 yeni yoluxma faktı qeydə alınıb, 2 199 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında O...

Məktəblilər arasında koronavirusa yoluxma artacaq? – “Bundan qaçmaq olmayacaq”

"Adi respirator viruslara yoluxan uşaqların müqaviməti düşdüyü üçün onlar koronavirusa da yoluxacaq”.   Sfera.az xəbər verir ki, bunu pediatr Vaqif Qa...

Koronavirusdan ölən 9-cu sinif şagirdi ilə bağlı açıqlama: “Sağlam idi, başqa xəstəliyi yox idi...”

Xəbər verdiyimiz kimi, Sumqayıt şəhərində koronavirusa yoluxmuş 9-cu sinif şagirdi xəstəxanada vəfat edib. Belə ki, Yusif Məmmədəliyev adına Sumqayıt ...

Yoluxma sayı yenidən 1000-i keçdi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1017 yeni yoluxma faktı qeydə alınıb, 1119 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabine...