No Image

“Qırmızı körpü”dən Türkiyəyə yeni yol: cəmi 4 saata çatacaqsız

“Qırmızı körpü”dən Türkiyəyə yeni yol: cəmi 4 saata çatacaqsız
 

Azərbaycanla sərhəddə yerləşən "Qırmızı körpü” məntəqəsindən başlayaraq Gürcüstandan keçməklə Türkiyə ilə sərhəddəki "Sarpi” sərhəd keçid məntəqəsinə qədər olan avtomobil magistralının 200 kilometri artıq inşa olunub. Qalan 230 kilometr hissədə tikinti işləri davam edir.

Sfera.az Azərtac-a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur nazirinin müavini, Avtomobil Yolları Departamentinin rəhbəri İrakli Karselidze departamentin bu gün keçirilən hesabat yığıncağında məlumat verib.

O deyib ki, hazırda Şərq-Qərb avtomobil yolunun əsas tərkib hissəsini təşkil edən bu magistralda tikinti işləri qrafik üzrə davam edir.

Onun sözlərinə görə, hazırkı 460 kilometrlik məsafə 30 kilometr qısalaraq 430 kilometr olacaq. Hazırda bu yolun qət olunmasına sərf olunan 8 saat, gələcəkdə iki dəfə azalaraq 4-4,5 saat təşkil edəcək. Yolda hərəkət tam təhlükəsiz olacaq.

Qeyd edək ki, Şərq-Qərb avtomagistralı layihəsinin 2021-2022-ci illərdə başa çatdırılması nəzərdə tutulub. 

OXŞAR XƏBƏRLƏR

Fərhad Əhmədov ABŞ-da lobbiçilik etdi - Kim uddu, kim uduzdu?

ABŞ-da prezident seçkilərinə az qalmış prezident Donald Trampa qarşı kompromat xarakterli yeni araşdırma yayılıb. Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdır...

Kaliforniya Marsa oxşadı - İlon Mask istəyinə çatdımı? + VİDEO

Aranızda Marsı öz müstəmləkəsinə çevirməyi xəyal edən var? Görün, Kaliforniya meşə yanğınlarına görə nə vəziyyətə düşüb? Dəhşətli dərəcədə gözəldir. ...

Türkiyə qəzetindən rəsmi mövqe: Əli Həsənov FETO və xarici qüvvələrə bağlı adamdır

Türkiyənin dövlət qəzetində prezident İlham Əliyevin keçmiş köməkçisi Əli Həsənovun FETÖ-çu olması barəsində material dərc olunub.   Sfera.az olduqca mar...

Putin Göyçayın keçmiş icra başçısına "Dostluq" ordeni verdi

MDB və Avropa məkanında məşhur iş adamı, "LUKOIL-Moldova” şirkətinin baş direktoru Feyruz Abdul oğlu İsayev Rusiya Federasiyasının dövlət mükafatı olan "Dostluq...

Zakir Həsənov Sergey Şoyqu ilə telefon danışığının detallarını açıqladı

"Aprel müharibəsinin ilk 3 günündə Azərbaycan Ordusu azsaylı heyətlə Ermənistan ordusunu darmadağın etdi”. "Report” xəbər verir ki, bunu Müdafiə naziri general...

Karantini pozan jurnalist həbs edildi - Rəsmi

Aprelin 12-də ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar Şirvan şəhəri ərazisində xidmətdə olan polis əməkdaşları küçədə gəzən bir nəfərə yaxınla...