Yaponiyada sərnişin dronu sınaqdan keçirildi

Yaponiyada sərnişin dronu sınaqdan keçirildi

 

 

Yaponiyanın NEC korporasiyası sərnişinləri daşıyan pilotsuz uçuş aparatının prototipini sınaqdan keçirib.

"Bloomberg” xəbər verir ki, "uçan avtomobil” bir qədər hündürlüyə qalxıb, havada təqribən bir dəqiqə qaldıqdan sonra yerə enib.

Hava vasitəsinin göyərtəsində heç kəs olmayıb.

Qeyd edilir ki, Yaponiya əhalisi sıx olan ölkə olduğuna görə uçan avtomobillər yollarda tıxac problemini xeyli aradan qaldıra bilər.


OXŞAR XƏBƏRLƏR