Ronaldo:\"Mən İtaliyadan getməyə hazıram\"

Ronaldo:\
Portuqaliya yığmasının futbolçusu Kriştianu Ronaldo "Yuventus”u tərk edə bilər.
 
34 yaşlı hücumçu Turin təmsilçisinin Çempionlar Liqasının 1/4 final mərhələsində mübarizəni dayandırmasından çox məyus olub.
 
Bildirilir ki, portuqaliyalı forvard 2020-ci ilin yayında "Yuventus”dan ayrılmaq istəyir. Ronaldo ötən yay 112 milyon avro qarşılığında "Real"dan "Yuventus”a keçib və 2022-ci ilin iyulundək müqavilə bağlayıb.
 
Turin təmsilçisi qitənin ən nüfuzlu klub turnirində Hollandiya "Ayaks”ına uduzaraq mübarizəni dayandırıb (1:1, 1:2).

OXŞAR XƏBƏRLƏR