`Çelsi` İngiltərə klubları arasında rekorda imza atıb

`Çelsi` İngiltərə klubları arasında rekorda imza atıb
Londonun "Çelsi" klubu avrokuboklarda bir mövsümdə qələbə sayına görə rekorda imza atıb. Bu barədə "Sovetskiy sport" portalı yazıb. 

Məlumatda bildirilir ki, futbol klubu ardıcıl 11 qələbə qazanıb. Mauritsio Sarinin yetirmələri ardıcıl olaraq "PAOK", "Vidi", "BATE", "Malme", "Dinamo Kiyev" və "Slaviya" klubarını həm səfərdə həm evdə məğlub edib. 

Qeyd edək ki, Avropa Liqasında 1/4 finalın cavab oyunlarından sonra "Arsenal" "Valensiya" "Çelsi" və "Ayntraxt" klubları növbəti mərhələyə keçib. 

OXŞAR XƏBƏRLƏR