Bu gün “Avro-2020”nin seçmə mərhələsinin ikinci turu başlayır

Bu gün “Avro-2020”nin seçmə mərhələsinin ikinci turu başlayır


Martın 24-də futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə qrup mərhələsinin ikinci turuna start veriləcək.

 

İkinci turun ilk günündə 4 qrupda 10 qarşılaşma keçiriləcək. Azərbaycan millisi yer aldığı "E” qrupunda Macarıstan Xorvatiyanı, Uels Slovakiyanı qəbul edəcək. Azərbaycan yığması reqlamentə əsasən bu oyunu buraxacaq. İlk turda Slovakiya Macarıstana 2:0, Xorvatiya isə Azərbaycana 2:1 hesabı ilə qalib gəlib.

 

Günün mərkəzi oyunu "C” qrupunda Hollandiya və Almaniya yığmaları arasında olacaq. İlk turda "narıncılar” Belarusu darmadağın edib, Bundestim isə rəqibsiz qalıb. Qrupun digər matçında Şimali İrlandiya Belarusu sınağa çəkəcək.

 

"G” qrupunda İsrail Avstriyanı, Sloveniya Makedoniyanı, Polşa Latviyanı qəbul edəcək. Polşadakı qarşılaşmanı Əliyar Ağayevin rəhbərliyi altında azərbaycanlı hakimlər briqadası idarə edəcək.

 

Günün bütün oyunları aşağıdakılardır:

 

"C” qrupu

 

23:45. Şimali İrlandiya – Belarus

 

23:45. Hollandiya - Almaniya

 

"E” qrupu

 

18:00. Uels – Slovakiya

 

21:00. Macarıstan - Xorvatiya

 

"G” qrupu

 

21:00. İsrail – Avstriya

 

23:45. Sloveniya – Makedoniya

 

23:45. Polşa - Latviya

 

"İ” qrupu

 

18:00. Qazaxıstan – Rusiya

 

21:00. San-Marino – Şotlandiya

 

23:45. Kipr - Belçika

 

OXŞAR XƏBƏRLƏR