Qeyri-iş günlərində ictimai nəqliyyatın fəaliyyəti bərpa oluna bilər? - Deputat AÇIQLADI

Qeyri-iş günlərində ictimai nəqliyyatın fəaliyyəti bərpa oluna bilər? - Deputat AÇIQLADI
"Hələlik heç bir ölkədə və eləcə də elmi araşdırmalarda qeyri-iş günlərində və eləcə də həftəsonlarında ictimai nəqliyyatın işləməməsinin yoluxma sayına təsirlərini ölçə bilən konkret metodlar yoxdur”.
 
Sfera.az-ın məlumatına görə, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, qeyri-iş günlərindən sonra biz ölkəmizdə yoluxma sayının artmasını müşahidə etdik:

"Bu baxımdan, qeyri-iş günlərində və həftəsonlarında ictimai nəqliyyatın fəaliyyətinin bərpası məqsədə uyğun olardı. Bir sıra inkişaf etməkdə olan ölkələrin praktikasını nəzərə alsaq, pandemiya dövründə qeyri-iş günlərində ictimai nəqliyyat fəaliyyətini dayandırmır, sadəcə müddəti qısa olur”.
Millət vəkilinin sözlərinə görə, xüsusən də günün aktiv saatlarında nəqliyyatın işinin bərpası daha məqsədəuyğun olardı: "Bu, qeyri-iş günlərində müşahidə olunan nəqliyyat probleminin həllinə gətirib çıxara bilər”.

Qeyd edək ki, bazar günü saat 00:00-dan 16 may saat 06:00-dək ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq.
 
Günay
Sfera.az

OXŞAR XƏBƏRLƏR