Qəribə adət – tabutları uçurumun kənarından asırlar

Qəribə adət – tabutları uçurumun kənarından asırlar

Filippinin Saqada xalqı cənazələrini torpağa dəfn etmək əvəzinə, tabutlara qoyub uçurumun kənarından asır.

Bu qədim ənənə Filippinin əhalisinə görə ən sıx və böyük Luzon adasında,  paytaxt Maniladan 8,5 saat məsafədəki Saqada ərazisində hələ də yaşayır.

 

İqorot qəbiləsinin iki min ildir yaşatdığı bu ənənəyə görə, ölülər əl işi olan tabutlara qoyularaq, uçurumun kənarında asılı saxlanılırlar. İqorotların fikrincə, ölülər bu şəkildə atalarının ruhlarına daha yaxın olurlar.

Yaşlılar ərazidəki ağac gövdələrini oyaraq öz tabutlarını hazırlayıb, bir qırağına adlarını yazırlar. Ölülər tabuta qoyulmamışdan əvvəl taxta xərəyin üzərində yarpaqlar və örtüklə bağlı vəziyyətə gətirilir və tüstülənərək çürüməsi gecikdirilir.

Beləliklə, yaxınları bir neçə gün boyunca cənazələrini ziyarət edib, vidalaşa bilirlər.

Deyilənlərə görə, qədimdən tabutların ölçüsü daha qısa olduğu üçün ölüləri çox vaxt ana bətnindəki pozada tabuta yerləşdirirdilər ki, buna görə onların sümüklərini sındırmaq lazım gəlirdi. Amma hazırda tabutlar iki metr uzunluqda hazırlanır.

İqorotlar qədimdən insanın dünyaya gəldiyi vəziyyətdə də dünyadan ayrılmalı olduğuna inanırdılar.

Hind qamışı yarpaqlarına sarılmış cəsədlər tabuta qoyulmamışdan öncə tabutların aşmaması üçün uçurumun dik yerinə metal çubuqlar vurulur. Ölünün yaxınları, bəxtlərinin gətirəcəyi inancı ilə su toplanmış cəsəddən öz üzərlərinə maye dammasını gözləyirlər.

Filippində yalnız İqorotlarda bu cənazə adəti mövcuddur. Tabutları uçurumun kənarında saxlama ənənəsi Çin və Hindistanın bəzi bölgələrində də var imiş. (oxu.az)



OXŞAR XƏBƏRLƏR