“Qəddafini də, Səddamı da bu sözlərinə görə...” – Politoloqdan “Ərdoğan ehtiyatlı olmalıdır” açıqlaması
Gündəm
15:54 / 24.09.2021
7051
"Ərdoğan
ilk dəfə deyil ki, iddialı təkliflər irəli sürür. Xüsusilə onun "BMT-nin Təhlükəsizlik
Şurasının 5 daimi üzvünü küncə sıxışdırmalıyıq” ifadəsi "dünya 5-dən böyükdür”
ifadəsinin radikal formada davamıdır”.
Bu
sözləri Sfera.az-a açıqlamasında politoloq Qabil Hüseynli Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğanın ABŞ-da jurnalistlərə açıqlamasında "BMT-nin 5 daimi üzvünü
küncə sıxışdırmalıyıq" sözlərini şərh edərkən deyib.
Onun
sözlərinə görə, Ərdoğanın BMT TŞ 5 daimi üzvü ilə bağlı illərdir, davam edən
iradı yerində və haqlıdır:
Misal
üçün, Rusiyanın və ya Çinin təklif etdiyi bir qərara ABŞ veto qoyur. Və ya əksinə
ABŞ-ın təklif etdiyi bir qərara Çin və Rusiya veto qoyur. Buna görə də illərdir,
BMT TŞ normal bir qərar verə bilməyib. Ərdoğanın həm "dünya 5-dən
böyükdür" i̇fadəsi̇, həm də yeni işlətdiyi "BMT-nin 5 daimi üzvünü küncə
sıxışdırmalıyıq” ifadəsi buna edilən etirazdır”.
Politoloqun
sözlərinə görə, vaxtilə Ərdoğan kimi Liviyanın eks rəhbəri Müəmmər Qəddafi və
İraqın eks-prezidenti Səddam Hüseyn də BMT TŞ 5 daimi üzvü ilə bağlı etirazlar
edirdi:
Turan
Rzayev