Qazın və elektrikin qiyməti niyə artırıldı? - Ekspertdən AÇIQLAMA

Qazın və elektrikin qiyməti niyə artırıldı? - Ekspertdən AÇIQLAMA
"SOCAR öz illik hesabatlarında 2016-cı ildən başyaraq hər il qazın maya dəyərinin daxili bazardakı satış qiymətlərindən aşağı olmasını vurğulayıb. Düzdür, bu göstəricilər hər il dəyişsə də, amma qazın daxili bazarda rentabelliyi əldə edilməyib. Çünki qiymətlər dövlət tərəfindən tənzimlənir”.

Sfera.az xəbər verir ki, bunu enerji məsələləri üzrə ekspert İlham Şaban Feysbuk hesabında yazıb.

O bildirib ki, qazın ən böyük istehlakçısı Azərbaycan bazarında elektroenergetika sektorudur:

"Ona görə də "Azərkontrakt” qiyməti artırdığı təqdirdə elektrik enerjisinin satış qiymətinin artımı başadüşüləndir.

Təbii qazın hasilatı və satışı prosesində dövlət üçün yaranan zərərin aradan qaldırılması istiqamətində addım atılır. Enerji təchizatı sahəsinin dövlət büdcəsindən asılılığı subsidiyalaşdırılma azalır.

Nəhayət, bu addımlar ona görə atılır ki, dövlətin neft sektorundan əldə etdiyi qazanc son illər azalma nümayiş etdirir və hasilatın da təbii yolla azalması fonunda bu gəlirlərin artımına ümid etmək əbəsdir, buna görə də dövlət enerji sektoruna əvvəllər ayırdığı subsidiyaları yavaş yavaş azaltmağı və bir müddət sonra bazar relsləri üzərinə keçirməyi planlaşdırır”.

OXŞAR XƏBƏRLƏR

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...

İTV-dən Kənan MM-in iddialarına CAVAB

İctimai Televiziya (İTV) bir neçə aktyorun, xüsusən də rejissor Kənan Mahmudovun bu kanal barədə səsləndirdiyi iddialara cavab verib.   Sfera.az ...