Qazilərimizin peşələrini kimlər, niyə aşağılayır?

Qazilərimizin peşələrini kimlər, niyə aşağılayır?
Son günlər bəzi qazilərimizin çalışdığı sahələr haqqında sosial şəbəkələrdə nəzərə çarpan aşağılayıcı yanaşmalar ikrah doğurmaqla yanaşı, cəmiyyətimizdə mövcud olan yanlış streotipləri də ortaya qoyur. Şübhəsiz ki, bu və ya digər peşəyə, yaxud fəaliyyət sahəsinə münasibətdə əzici, aşağılayıcı davranışların sərgilənməsi Azərbaycan xalqının dünyagörüşünə, mədəni səviyyəsinə və bütövlükdə daşıdığı dəyərlərə uyğun gəlmir. Belə münasibət öz sağlamlığını Vətəninin müdafiəsi uğrunda qurban verən insanlara və onların fəaliyyət sahəsinə, peşəsinə münasibətdə nəzərə çarpdıqda isə, ümumiyyətlə, "sözün bitdiyi yerdə olduğunu” düşünür, cəmiyyətdəki mənəvi deqrodasiyanın bu həddə çatdığına təəssüflənirsən".
 
 Sfera.az xəbər verir ki, bunu öz feysbuk profilində jurnalist, politoloq Elçin Mirzəbəyli yazıb.

O daha sonra yazır: "Azərbaycan dilində əməksevərlik və insanlara fayda gətirən peşələr haqqında olan atalar sözlərini, el məsəllərini, aforizmləri sıralasaq, bəlkəd bir neçə cildlik kitab ərsəyə gələr. Görünür, məsəl, atalar sözü və aforizmlərin çoxluğunun səbəbi də buna hər addımda ehtiyac duyulduğundan yaranıb. Əks təqdirdə, insanlara bütün peşələrin gərəkli olduğunu başa salmaq üçün saysız-hesabsız nümunələrə ehtiyac qalmazdı...

Təsəvvür edin, müharibənin ilk günlərindən döyüş meydanına atılan, Vətən müharibəsində rəşadət göstərən, sağlamlığını itirən qazilərimizdən biri, Ordumuzun Zəfərindən sonra yenidən çalışdığı sahəyə - taksi sürücülüyünə, yaxud xidmət sektoruna qayıdıb. Bacardığı, sevdiyi işin qulpundan tutub, döyüş meydanında olduğu kimi çalışdığı sahədə də Vətəninə və onun insanlarına faydalı olmağa çalışır. Və hər şeydən öncə, kimsəyə minnət etmədən öz halal zəhməti, alın təri ilə ömür sürür, savaşda olduğu kimi mülki həyatda da başqalarına nümunə olur. Belələrini yalnız və yalnız ayaq üstə alqışlamaq lazımdır – çünki onlar sağlamlıqlarını itirsələr də, sözün bütün mənalarında öz ayaqları üzərində dayanmağı bacarır, əsl xarakter, iradə, qətiyyət nümayiş etdirirlər.

İndi yazacaqlarımı konkret şəxsləri, o cümlədən qazilərimizi nəzərdə tutaraq qələmə almıram: Özümü dərk etdiyim gündən təmizlik sahəsində, xidmət sektorunda çalışan insanlara böyük hörmətlə yanaşmışam. Onların gündəlik həyatımızın qəhrəmanları olduqlarını düşünmüşəm. Çünki belə ağır, çətin sahələrin məsuliyyətini və yükünü hər kəs öz üzərinə götürməyi bacarmır. Belə insanlar bizim gündəlik həyatımızın dayaq nöqtələri, sütunlarıdır. Öz zəhməti, alın təri ilə ömür sürən, həyatımızı gözəlləşdirən bu insanlara münasibətdə aşağılayıcı hərəkətə yol verənlərin özləri, mənə görə ən miskin və cəmiyyət üçün ən faydasız adamlardır.

Qazilərimizə gəldikdə isə, onların cəmiyyətə inteqrasiyasının yükü təkcə dövlətin deyil, hər bir Azərbaycan vətəndaşının üzərinə düşür.

Sağlamlığını itirdiyinə baxmayaraq, yenidən müharibəyə qədərki dövrdə çalışdığı sahəyə qayıdan insanları isə göz bəbəyimiz kimi qorumalıyıq.

Unutmaq lazım deyil ki, fədakarlıq, təkcə döyüş meydanında, konkret anda nümayiş etdirilən qəhrəmanlıq nümunəsi deyil, həm də xarakterdir, düşüncə və qürürlü yaşam tərzi, özünə və ətarafına sayğılı münasibətdir.

Əgər qazilərimiz gündəlik həyat tərzləri və fəaliyyətləri ilə, hansı sahədə çalışdıqlarına baxmayaraq, zəhmətsevərliyin, halal zəhmətlə yaşamağın nümunələrini yaradırlarsa, onlara həyatımızın ikiqat qəhrəmanları kimi yanaşmalı və yaratdıqları nümunələri təbliğ etməliyik".
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Sosial şəbəkələrdə aktiv olan məmurlar - SİYAHI

Artıq bir çox problemlər sosial şəbəkələrdə həll olunur. İctimai qınaq, ictimailəşdirilən mövzular bəzi məmurları aktiv sosial şəbəkə istifadəçisi halına gətiri...

Təhvil verilən erməni hərbçilərin - ADLARI

Xəbər verdiyimiz kimi, Azərbaycan bu gün 10 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə təhvil verib. Sfera.az "Sputnik Ermənistan”a istinadə...

Əziz Səncər Şuşada - FOTOLAR

Dünya şöhrətli alim, Kimya üzrə Nobel mükafatı laureatı, DNT sahəsində mühüm kəşfləri ilə tanınan, ABŞ Milli Elmlər Akademiyasının üzvü Əziz Sancar Şuşaya gedib...

Şəhidlərin ailələrinə bu ödənişlər veriləcək - Nazir açıqladı

Noyabrın 30-da helikopter qəzasında həlak olan hərbçilərin ailələri sosial dəstək tədbirləri ilə əhatə olunacaq. Sfera.az xəbər verir ki, bunu əmək və əha...

Helikopter qəzasında həlak olan hərbçilərə ŞƏHİD statusu verildi

Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olan hərbçilərimizə şəhid statusu verilib. Sfera.az xəbər v...

Baş nazir: "Koronavirusla mübarizəyə 1,6 milyard pul xərclənib"

Azərbaycanda indiyədək COVID-19 infeksiyası ilə mübarizə çərçivəsində səhiyyə sisteminə 1,6 mlrd. manatdan çox vəsait yönəldilib. Sfera.az xəbər verir ki,...