Qazaxıstan prezidentinin çıxışı nəyə səbəb oldu? - VİDEO

Qazaxıstan prezidentinin çıxışı nəyə səbəb oldu? - VİDEO
Sosial şəbəkələrdə Rusiya Prezidenti Vladimir Putin ilə Qazax həmkarı arasında 2 il öncə yaşanan maraqlı dialoqla bağlı video görüntülər paylaşılıb.

Sfera.az  xəbər verir ki, videogörüntülər 2019-cu ilin oktyabrında Soçidə təşkil olunan "Valday” Beynəlxalq Diskussiya Klubunun görüşü zaman qeydə alınıb. 

Görüşdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə Rusiya Prezidenti Vladimir Putin arasında dialoq diqqət çəkib.

Klubda çıxış edən Qazaxıstan Prezidenti Tokayev çıxışında bu ifadələri işlədib:

"Müasir dünyada nüvə silahına malik olmaq təhlükəsizlik və iqtisadi artımın göstəricisi deyil. Bəzi hallarda nüvə silahının olmaması iqtisadiyyata investisiya cəlb olunması və digər dövlətlərlə yaxşı münasibətin qurulması üçün daha yaxşıdır. Hansı ki, Qazaxıstan hazırda bunu həyata keçirir”.

Tokayev çıxışını bitirdikdən sonra Rusiya prezidenti Vladimir Putin həmkarının fikirlərinə cavab olaraq "Səddam Hüseyn də belə fikirləşirdi” cavabını verib.

Yeni ilin ilk günlərindən etibarən Qazaxıstanda baş verən etirazların fonunda bu söhbət yenidən gündəmə gəlib. Bəzi təhlilçilərin fikrincə, sözügedən dialoq Rusiyanın Tokayev hökümətinə qarşı münasibətinin göstəricisidir.

Qeyd edək ki, 2 yanvar tarixində Qazaxıstanın Mangistau vilayətində maye qazın qiymətinin artırılmasına qarşı etirazlar başlayıb. Qısa zaman ərzində etirazlar nəzarətdən çıxıb və bütün ölkəyə yayılıb.
 

(bizim.media)

OXŞAR XƏBƏRLƏR