Qazaxda raket tapılıb - FOTO

Qazaxda raket tapılıb - FOTO
 Bu gün saat 12:17-də Dövlət Sərhəd Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qazax rayonu, Abbasbəyli kəndi ərazisində raketin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Sfera.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd təlim məqsədli tank əleyhinə idarəolunmayan PQ-7V raketi aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Raketin ətrafında 200 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda stilist intihar etdi - FOTO

Stilist Müşfiq Musayev intihar edib.  Sfera.az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Abşeron rayonu Saray qəsəbəsində qeydə alı...

Şəmkirdə top mərmisi tapılıb - FOTO

 Avqustun 3-ü saat 11:10-da Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA...

Məşhur Hindarxında əməliyyat: 2 nəfər saxlanıldı – FOTO

 Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən "Xaş-Xaş 2020” kompleks tədbirlər planına uyğun olaraq kultivasiya yolu ilə yetişdirilən narkotik tə...

Gəncədə gizli nişan mərasimi etmək istəyənlər saxlanılıb - FOTO

 Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejiminin qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Po...

Azərbaycanda yüzlərlə əsgəri ölümdən xilas edən həkim koronavirusdan öldü - FOTO

  Azərbaycanda daha bir həkim COVID-19 infeksiyasının qurbanı olub. Sfera.az xəbər verir ki, bu barədə jurnalist Səlim Əzizoğlu məlumat paylaşıb.&nb...

Renkanın ailəsində AĞIR İTKİ — Koronavirusdan vəfat etdi - FOTO

 Tanınmış rəqqasə Renkanın atası Vidadi kişi bu gün səhər saatlarında dünyasını dəyişib. Sfera.az xəbər verir ki, xeberchi.az-a daxil olan məlumatı r...