“Qaz limiti yerli-dibli ləğv olunmalıdır” – Sənətçilərdən etiraz

“Qaz limiti yerli-dibli ləğv olunmalıdır” – Sənətçilərdən etiraz
 

Son günlər ən çox müzakirə olunan məsələlərdən biri də kommunal xidmətlər üçün müəyyənləşdirilmiş qiymət limitlərin ləğvi tələbidir. Xüsusən də mavi qaza qoyulan limitin ləğv olunması ehtimalı vətəndaşlar tərəfindən rəğbətlə qarşılanıb.

"Yeni Sabah” məsələ ilə bağlı kişi sənətçilərin fikirlərini öyrənib. Sənətçilərdən mavi qaza qoyulan limitin ləğvi və sonuncu dəfə nə qədər qaz pulu ödədiklərini soruşub.

Alim Qasımov – Sözün düzü, mənim bu barədə heç bir anlayışım yoxdur. Yalandan heç nə dəyə bilmərəm. Sayğac nə yazırsa, onu da ödəyirik.

İlqar Muradov – Limitin ləğv olunmasını istəmirəm. Limit varsa, qənaət də var. Lakin limitin artırılması tərəfdarıyam. Sonuncu dəfə isə 20 AZN qaz pulu ödəmişəm.

Mübariz Tağıyev – Məncə, limit yerli-dibli ləğv olunmalıdır. Deputatlardan da xahiş edək ki, hansı qərar xalqın lehinədirsə, onu da qəbul etsinlər. Axırıncı dəfə isə 50AZN qaz pulu ödəmişəm.

Baloğlan Əşrəfov – Bu işlərlə mənim oğlanlarım maraqlanır. İnanın ki, qazın qiymətindən belə xəbərsizəm. Xalqımızın xeyrinə verilən bütün qərarların tərəfdarıyam.

Yusif Mustafayev – Limit ləğv olunub, köhnə sistem bərpa olunsa, daha yaxşı olar. Mən həyət evində yaşayıram. Hər  10 AZN  qaz pulu ödəyirəm. Bu da edir 300 AZN. Biz sənətçiyik, bu məbləği ödəyə bilirik. Bəs, sıravi vətəndaşlar nə etsinlər?

Əcəmi Əsədulla


OXŞAR XƏBƏRLƏR

"Qərb Rusiya ilə danışıqlara başlaması üçün Zelenskiyə təzyiqə hazırlaşır" - İDDİA

"Qərb ölkələri Ukrayna münaqişəsinin həlli səbəbilə danışıqlara başlamaq üçün Ukrayna lideri Volodimir Zelenskiyə koordinasiyalı diplomatik təzyiq göstərmə...

Tanınmış aparıcı AzTV-dən AYRILDI: "Çox çətindir, amma..." - FOTO

Aparıcı Samirə Mustafayeva AzTV-dən gedib.    Sfera.az xəbər verir ki, o, kanalla işbirliyinə son qoyub.    S.Mustafayeva xəbəri...

Millət vəkilləri bu tarixdə 11 məsələnin müzakirəsi üçün TOPLAŞACAQLAR 

Milli Məclisin növbəti iclası mayın 21-də keçiriləcək.   Sfera.az xəbər verir ki, iclasın gündəliyinə 11 məsələ daxil edilib:   1. İnsan a...

Putin: "Rusiyanın Xarkovu tutmaq planı yoxdur"

Rusiyanın Xarkovu ələ keçirmək planı yoxdur.   Sfera.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib....

İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko mayın 17-də Cıdır düzündə olublar.   Sfera.az xəbər verir ki, bu barədə ...

Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko mayın 17-də Şuşada Bülbülün ev-muzeyində olublar.   Sfera.az xəbər verir...