Qasparyan qalmaqallı səsyazısından danışdı: “Prezidentin çıxışını da yaysınlar...”
15:59 / 20.04.2021
1354
Onik Qasparyan Təhlükəsizlik Şurasının 30
sentyabr 2020-ci il tarixli iclasındakı çıxışının tam şəkildə yayımlanmasını tələb
edir.
Sfera.az-ın məlumatına görə, Ermənistan
Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Onik Qasparyan "ArmLur.am”-a
verdiyi müsahibəsində Təhlükəsizlik Şurasının 2020-ci ilin 30 sentyabrında baş
tutan iclasın daha bir hissəsini ictimaiyyətə təqdim etməsinə münasibət
bildirib.
Qasparyan öz çıxışının tam şəkildə yayımlanmasını
və həmçinin Ermənistan prezidentinin sözügedən iclasdakı çıxışının da ictimaiyyətə
təqdim edilməsini istəyir.
"Ermənistan prezidentinin iclasın son
hissəsindəki çıxışının, bundan sonra isə mənim
çıxışımın tam şəkildə yayımlanmasını tələb edirəm”, - deyə o, bildirib.
Selcan
Sfera.az