No Image
No Image

Qarabağın bərpası nə qədər vəsait tələb edir? – VİDEO

Qarabağın bərpası nə qədər vəsait tələb edir? – VİDEO
"Azad olunmuş ərazilərin bərpasına görə 2021-ci il üçün ayrılan 2 milyarddan çox vəsait arzu etdiyimiz infrastrukturu və inkişafı görmək üçün yetərli deyil”.

Sfera.az xəbər verir ki, bunu ARB24-ün "Nə baş verir?” verilişinə açıqlamasında iqtisadçı Altay İsmayılov deyib.

O bildirib ki, bu proses üçün ölkəmizə işin miqyasından asılı olaraq, 10 milyardlarla ölçülə bilən vəsait lazımdır:

"Qarabağın bərpası və yenidən qurulması prosesini yalnız dövlət büdcəsi hesabına etmək çətin olacaq. Hesab edirəm ki, inkişaf layihələrini dəstəkləyən beynəlxalq təşkilatların prosesə cəlb olunması lazımdır. Eyni zamanda, özəl sektoru da buraya daxil etmək lazımdır. Müəyyən infrastruktur və yaxud digər layihələr ola bilər ki, özəl sektor ilkin investisiyanı qoysun”.

İqtisadçı onu da qeyd edib ki, Zəngəzur dəhlizinin bərpası ilə Azərbaycanın Avropa bazarlarına çıxışı asanlaşacaq:

"Zəngəzur dəhlizinin bərpası ilə Azərbaycanın Türkiyə ilə əlaqələrin daha da inkişafı və Türkiyədən də Avropa bazarlarına çıxış əldə etmək imkanı təmin olunacaq. Bundan başqa, bu dəhliz vasitəsi ilə beynəlxalq dəmiryolu şəbəkəsinə qoşulmaq imkanı əldə edəcəyik. Bu, həm sərnişin, həm də yük daşımaları üçün əhəmiyyətli layihədir. Həmçinin region ölkələrinin də bu prosesdən faydalanmaq imkanı olacaq. Hətta Ermənistan da qoyulan şərtlərə riayət edərsə, həmin layihədən yararlana bilər”.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Qarabağın bərpası nə qədər vəsait tələb edir? – VİDEO

"Azad olunmuş ərazilərin bərpasına görə 2021-ci il üçün ayrılan 2 milyarddan çox vəsait arzu etdiyimiz infrastrukturu və inkişafı görmək üçün yetərli deyil”. ...

Dilqəm və Şahbaz I Fəxri Xiyabanda - FOTOLAR

İyirmi gün əvvəl erməni girovluğundan azad olunmuş Dilqəm Əsgərov və Şahbaz Quliyev I Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. ...

Azərbaycanda yaşayan ermənilər təbliğati baxımdan yararlı ola bilərmi? – Ekspert rəyləri

"Təhlükəsizlik baxımından bu məqamdan istifadə etməyimizə lüzum görmürəm. Buna indiki halda heç ehtiyac da yoxdur. Çünki effekti olmayacaq”. Bu sözləri ...

Mərdəkanda asfalt çəkilişindən necə pul qazanırlar? – Təfərrüat + FOTOLAR

Paytaxtın Xəzər rayonu, Mərdakan qəsəbəsində aparılan abadlıq işlərinin keyfiyyətsizliyi narahatlıq doğurur. Sfera.az-ın xəbərinə görə, Mərdəkanda yoll...

Virusa yoluxan tibb işçilərinin yenidən işləməsinə icazə verilməyəcək – RƏSMİ

  Koronavirus pandemiyası ilə mübarizədə ön cəbhədə vuruşan şəxslər sırasında tibb işçilərinin rolu danılmazdır. COVID-19 virusuna yoluxan xəstələr ilə ə...

“Allah bəlanızı versin!” – Balkondan gül atan qızdan SƏRT AÇIQLAMA

Yasamalda eyvana çıxaraq mahnı oxuyub polisə gül atanlar sosial şəbəkələrdə tənqid hədəfinə çevrilib.  Hadisə dünən baş verib. Bir qrup vətəndaş Yasamal r...