Qarabağda daha bir erməninin meyiti tapıldı
21:37 / 02.03.2021
2296
Ağdərə yaxınlığında aparılan axtarışlar nəticəsində daha bir erməni hərbçisinin qalıqları aşkarlanıb.
Sfera.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
"Meyitin şəxsiyyəti məhkəmə tibbi ekspertizasından sonra müəyyənləşəcək”, - məlumatda qeyd olunub.
Bununla da axtarışlar nəticəsində tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1486 nəfərə çatıb.
Qeyd edək ki, Qarabağda axtarış işlərinin aparılması fevralın 15-dən dayandırılmışdı. Martın 2-dən isə bərpa olunub. (Axar.az)