“Qarabağ” həftəsonu Ağdama gedəcək

22:20 / 26.11.2020
2694
"Qarabağ" şənbə günü işğaldan azad olunan Ağdama getməyi planlaşdırıb.
Klubdan verilən məlumata görə, klub rəhbərliyi Ağdam məscidi, milli qəhrəman Allahverdi Bağırovun məzarını ziyarət edəcək.
Bundan başqa, komanda erməni vəhşilərinin dağıtdığı "İmarət" stadionuna da gedəcək.