Qara görə yol qəzalarında 1 nəfər öldü, 17 nəfər xəsarət aldı

Qara görə yol qəzalarında 1 nəfər öldü, 17 nəfər xəsarət aldı
Əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq ötən gündən indiyədək respublika ərazisində ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb.

Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenatı Namidan Piriyev bildirib ki, ötən gündən indiyədək ölkə ərazisində ölüm və xəsarətlə nəticələnən 12 yol-nəqliyyat hadisəsi baş verib.

O qeyd edib ki, qəzalar nəticəsində 1 nəfər ölüb, 17 nəfər xəsarət alıb.

OXŞAR XƏBƏRLƏR