"Qanunsuz verilmiş mənzillər alınıb ehtiyacı olan jurnalistlərə verilməlidir" - Fazil Mustafa

"Bu gün bir qrup tanınmış jurnalist və QHT rəhbəri ölkə prezidentinə məktub ünvanladı ki, bəs jurnalistlər üçün inşası tamamlanan bina şəhid və qazi ailələrinə verilsin. Özlüyündə bir jurnalist fədakarlığını ifadə edən bir addımdır. Ancaq bu təklifi bir neçə gün öncə bir millət vəkili də irəli sürmüşdü. Nədənsə bu imza sahiblərinin bir qismi dəstək vermə bir yana dursun, sosial şəbəkədə, əllərində olan internet televiziyaları vasitəsilə geniş bir təhqir kampaniyasına başladılar. Hətta adından saxta profil düzəldərək ictimai rəyi çaşdıracaq statuslar da paylaşdılar. "

Sfera.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fazil Mustafa bu gün jurnalistlərin üçüncü binasının şəhid ailələrinə verilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət ünvanlandırılmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, şəhid ailələrinə və qazilərə ayrıca mənzillər tikilməli, ilk iki jurnalistlərin binasından isə qanunsuz şəkildə dəxli olmayan şəxslərə verilmiş mənzillər alınıb həqiqətən ehtiyacı olan jurnalistlərə verilməlidir:

"Milli sosial qaragüruhun ayrılmaz qanadı kimi özünü büruzə verən jurnalist qaragüruhunun yönləndirilməsi ilə bir fikrin, bir təklifin necə linç edilməsinin şahidi olduq. Bəri başdan deyim ki, mən bir vətəndaş olaraq nə millət vəkili Etibar Əliyevin, nə də prezidentə eyni məzmunlu sənəd imzalayıb göndərən jurnalistlərin bu təşəbbüsünü dəstəkləyirəm. Şəhid ailələrinə və qazilərə ayrıca mənzillər tikilməli, ilk iki jurnalistlərin binasından isə qanunsuz şəkildə dəxli olmayan şəxslərə verilmiş mənzillər alınıb həqiqətən ehtiyacı olan jurnalistlərə verilməlidir. Üçüncü bina isə xüsusi etimada malik komissiya tərəfindən müəyynələşdirilən cəmiyyətimiz üçün dəyərli olan istedadlı alim, jurnalist, yazar, həkim, müəllim, tərcüməçi, mühəndis və başqa peşə sahiblərinə verilməlidir. Əlbəttə, bu bir fikirdir, bir təklifdir, bəyənilib, bəyənilməməsi də normaldır. Bütün hallarda son qərar prezidentə aiddir və əminəm ki, ədalətli şəkildə bu mübahisələrə son qoyacaq".

Deputat bildirib ki, Azərbaycan jurnalistləri içində səviyyəli polimika aparmağa qadir, ədəbli üslubda etiraz bildirməyə hazır personaların sayı elə də çox deyil:
 
"Bir qrup tanınmış jurnalistin mənzillərin şəhid ailələrinə verilməsi təşəbbüsü də, bu təşəbbüsə olan etirazlar da normaldır və kimsənin başqasını düşüncəsinə görə "jurnalist düşməni" çıxarması da absurddur. Bəlkə də jurnalistlərlə ən yaxın dost olan, onların telefon zənglərinə həssas yanaşan, istənilən suallarını cavablandıran  bir siyasətçi kimi bunları söyləməyə ərkim çatır. Üzüntü ilə qeyd edim ki, son bir həftədə sosial şəbəkədə gedən qızğın mübahisələrdə bir gerçəklik aydın oldu: Azərbaycan jurnalistləri içində səviyyəli polimika aparmağa qadir, ədəbli üslubda etiraz bildirməyə hazır personaların sayı elə də çox deyil. Fikrə əsaslandırılmış fikirlə etiraz edərlər, söyüşlə, təhqirlə deyil. Demiş şəhid ailələrinə verilsin, yazın ki, bu doğru təklif deyil. Eyni təklifi indi xeyli jurnalist həmkarınız irəli sürdü, o halda yenədəmi söyüş ritorikasına keçəcəksiniz? Ən dəhşətlisi də beş kitab oxumamış birilərinin onu savadsız adlandırması, diskusiyaya çağırması oldu. 

Millət vəkili həmçinin qeyd edib ki, yazıya görə, təklifə görə qaragüruh həmrəyliyi ilə istənilən şəxsə qarşı hörmətsizlik göstərənlər, ilk növbədə düşünməlidirlər ki, məhz düşüncə azadlığına qarşı hörmətsizlik edirlər:

"Etibar Əliyev ixtisasca fizikdir, fəlsəfədən müdafiə edib və bu sahələrdə heyrətamiz düşüncə sisteminə malikdir. Ədəbiyyatı ədəbiyyatçıdan, kitabı kitabçıdan, ensiklopediyanı ensiklopedistdən yaxşı bilir. Sadəcə düşüncə həyatımıza yenilik gətirən kitabları ilə tanış olmayanlar üçün hansı dəyər ölçüsü ola bilər ki?  Burasını da qeyd edim ki, bütün istedadlı insanlar kimi, onun da xarakterində təzadlı məqamlar var və bəzən insanlarla yerli, yersiz konfliktlərdə olur. Buna görə də davranışlarını xoşlamayan insanlar da var. Ancaq fikirlərini bölüşən, bilgisini qiymətləndirən, bundan faydalanan çox sayda insanlarımız da var. Deputat kimi də ən fəallardan biridir və seçicilərin də problemlərinə ən həssas yanaşanlardandır. Sosial şəbəkədə də düşüncə həyatımız üçün ən maraqlı paylaşımları da vaxtaşırı izləyicilərə çatdırır. Yəni sözümün canı odur ki, yazıya görə, təklifə görə qaragüruh həmrəyliyi ilə istənilən şəxsə qarşı hörmətsizlik göstərənlər, ilk növbədə düşünməlidirlər ki, məhz düşüncə azadlığına qarşı hörmətsizlik edirlər. Baxın, üç gün keçmiş bumeranq geri qayıtdı, eyni fikri artıq tanınmış jurnalistlər ictimailəşdirdilər. Ədəbsizlik ictimai sferada həmişə olacaq, ancaq bunun subyektləri qələmlə, kitabla bağlılığı olanlar deyil, kitaba, yazıya, qələmə sayğısızlar ola bilərlər".
 
Sfera.az
Gülər
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

İlham Əliyev: "Muxtariyyət artıq müzakirə mövzusu deyil"

"Mənim məsələnin həll edilmədiyini deyən həmin ölkələrə tövsiyəm odur ki, öz ərazilərində erməniləri yerləşdirmək və öz ərazilərində ikinci Ermənistan dövləti y...

“Əvvəlcə xəbərdarlıq, ikinci dəfə rəsmi nota, üçüncü dəfə...” – Bakının İran siyasəti dəyişir

"Prezident "bizim addımlarımız məsuliyyətlidir, dostluq əlaqələrinə əsaslanandır” deyərək topu İranın meydanına atdı. Yəni rəsmi Tehran bundan sonra hansı add...

Azərbaycan Qaribaşvilinin təklifinə NƏ CAVAB VERƏCƏK?

Dünən Gürcüstanın Baş naziri İrakli Qaribaşvili brifinqdə maraqlı təkliflə çıxış edib. O, Gürcüstan hakimiyyətinin Bakı və Yerevan arasında yüksək səviyyəli dan...

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Anım Günü ilə bağlı rəsmi Tvitter səhifəsində paylaşım edib. Sfera.az xəbər verir ki, türkiyəli lider yazıb: ...

Ərdoğanla Putinin Soçi görüşündən gözləntilər: "Türkiyənin qərarlılığı Moskvanı güzəştə məcbur edəcək"

"Görüşdə İdlib böhranı, Türkiyənin Ukraynaya dəstəyi və Zəngəzur dəhlizinin açılması məsələsi müzakirə olunacaq”.   Sfera.az bildirir ki, bunu politoloq ...

“Rəsmi Bakı həmsədrlərə ikinci şans verdi: Bu görüşdə iştirak etməsəydilər...” - ŞƏRH

"Həmsədrlər axır ki, arzularına çatdılar. Ermənistan və Azərbaycan xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovla ayrı-ayrı, eləcə də birgə görüşlə...