Qalmaqallı videosu yayılan general oğlunun qanunsuz əməllərlə dolu həyatı - TƏFƏRRÜATLAR

Qalmaqallı videosu yayılan general oğlunun qanunsuz əməllərlə dolu həyatı - TƏFƏRRÜATLAR
General Novruzəli Orucovun oğlu Rüstəm Orucov marketdə məhsullara ziyan vurmaqla yenidən gündəmə gəlib.
 
Sfera.az xatırladır ki, eks məmurun oğlu bundan əvvəl də qanunsuz əməllər törətməklə, xuliqanlıqla məşhur olub. 

Belə ki, hələ 4 il əvvəl R.Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi BMW markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub. Rüstəm Orucov vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib. Elə bu səbəblə də Binəqədi Rayon Məhkəməsinin hökmü ilə R.Orucov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Maraqlı məqam ondan ibarətdir ki, Rüstəm Orucov törətdiyi hadisədə özünü günahkar hesab etmirdi.

Bundan əlavə, generalın oğlu hər zaman lüks həyat tərzi ilə də diqqət mərkəzində olub. Belə ki, Rüstəm Orucov dəfələrlə bahalı avotmobillərinin, olduğu dəbdəbəli məkanların şəklini sosial şəbəkə hesablarında paylaşaraq müzakirə mövzusuna çevrilib. 

Rüstəm Orucovun bu davranışlarına görə atası - general Novruzəli Orucov 2017-ci ildə Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi vəzifəsindən azad edilib.

İnci
Sfera.az





OXŞAR XƏBƏRLƏR

Azərbaycan cüdoçusu Avropa çempionu oldu

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının qalibi olub.   Sfera.az xəbər verir ki, ya...

Ərdoğanın ABŞ-a səfəri təxirə salındı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb.   Sfera.az xəbər verir ki, bu barədə "Blumberq" nəşri məlumat dərc e...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

19:23   Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 26-da Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə g...

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb.   Sfera.az-ın məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəl...

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...