Qadınlar niyə kişilərdən dərin basdırılır? - QƏRİBƏ SƏBƏB

Qadınlar niyə kişilərdən dərin basdırılır? - QƏRİBƏ SƏBƏB
Şəriətə görə ölünü üzü qibləyə, iyi-qoxusu bayıra çıxmayacaq dərəcədə dərinliyə dəfn etmək lazımdır. Lakin burada Qiyamət gününün dirilişinə aid olan bir məsələ vardır ki, islam aləminin müxtəlif məmləkətlərində, hətta ölkəmizin bəzi bölgələrində qadının qəbri boğazına qədər, kişinin qəbri qurşağına qədər qazılır. Hətta keçmiş zamanda bu ölçünü qamışla edərmişlər. Həm kəfən parçasını, həm də qəbrin boyunu müəyyən etmək üçün. Hətta bölgələrimizdə bir qarğış növü də var: "Boyuna qəmiş ölçüm" deyə. Bu dərinlik fərqini indi müxtəlif cür izah etməyə çalışırlar. Bəziləri tibbi cəhətdən, bəziləri dəfn zamanı qadının görünməsinin naməhrəm olduğunu əsas gətirirlər. Lakin qeyd edim ki, bu dərinlik fərqi şəriətdə vacib deyil, tövsiyyə olunan məsələdir. Vacib olan ölünün dərinliyə dəfn olunmasıdır.

Qadın və kişilərin naməhrəm yerləri, əzaları vardır ki, bu orqanlara başqalarının baxması qadağandır. Kişidə bu yerlər qurşaqla diz arasıdır. Qadında isə üz, əllər və topuqdan aşağı ayaqlardan başqa bütün yerləridir. Yəni bu əzaları qadına naməhrəm olanlar görə bilməzlər.

Qadın kişidən dərinə basdırılır ki, Qiyamət günü dirilib qəbirdə ayaq üstə qalxanda qadının naməhrəm yerləri, sinə hissəsi görsənməsin. Kişilərdə isə bu yerlər qurşaqdan aşağı hissələr hesab olunduğundan bu dərinliyə səbəb yoxdur. Necə ki Həcc mərasimi zamanı da kişilər ehram deyilən, bir növ kəfənə oxşayan geyim geyinirlər və bu geyim əsasən qurşağa qədər örtükdən ibarət olur. Qəbirlərin bu cür fərqli qazılması qadına ehtiramdan dolayıdır.

Ancaq qadının daha dərin basdırılmasında heç bir tibbi əsas yoxdur.

OXŞAR XƏBƏRLƏR

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...