Qadın müğənnilərə \"Tumanla səhnəyə çıxmayın!\" deyən məşhura şillə kimi CAVAB

Qadın müğənnilərə \
Türkiyədə iddialı geyimlərlə gündəmə gələn sənətçilərlə bağlı qalmaqal davam edir.
 
Sfera.az bildirir ki, bu dəfə müğənni İzzet Yıldızhan və Hande Yener arasında mübahisə yaranıb. Belə ki, ötən gün Yıldızhan konsertdə istifadə etdikləri açıq-saçıq geyimlərə görə müzakirə obyektinə çevrilən Hadise, Hande Yener və Gülşen kimi məşhur simaları tənqid edib.

"Bir zəhmət, tumanla səhnəyə çıxmasınlar. Hər sənətçinin həyat tərzi var, buna hörmət edirəm, amma buranın Türkiyə olduğunu bilmək lazımdır. Hamı bu cəmiyyətə uyğun yaşamalıdır. Mən demirəm ki, çadra ilə çıxsınlar, amma səhnə davranışı deyilən bir şey var. Belə şeyləri ekranlarda görmək istəmirəm. Az da olsa, adət-ənənələrimizə diqqət edirik. Onları uşaqlar da, elə mənim övladlarım da izləyir”, - deyə Yıldızhan bildirib. 

Yıldızhanın açıqlamalarından sonra Hande Yener sosial media hesabından bir mesaj paylaşıb. "Ölkəyə rüsvay olanlar bizləri mühakimə edirlər, bir də cəhdlər edib heç nə ola bilməyənlər. Ən çox da onlara gülürəm. B 12 vitaminindən istifadə edin, "Google”da keçmişinizi sildirin. Bari özünüz üçün nəsə edin, "kostyum avtoritarları””, - deyə ifaçı qeyd edib. Yenerin paylaşımında Yıldızhanı hədəf aldığı iddia edilir. 

Xatırladaq ki, İzzet Yıldızhan daha öncə bir qadına yazdığı mesajların ifşa olması ilə gündəmə gəlmişdi. Həmçinin o, "Qızlarımın partnyor seçmək şansı yoxdur! Flörtə qarşıyam...” sözləri ilə də diqqət çəkmişdi.

Türkan
Sfera.az 

OXŞAR XƏBƏRLƏR