Putinlə Baydenin görüşü planlaşdırılmayıb – Kremldən açıqlama
15:33 / 21.01.2021
2036
Kremldə Putinlə Baydenin mümkün görüşü barədə sualı
cavablandırıblar.
Sfera.az Ria.Novosti-yə istinadla xəbər verir ki,
Putinin sözçüsü Dmitri Peskov bildirib ki, Kremllə Ağ Ev Rusiya prezidenti
Vladimir Putin və ABŞ prezidenti Co Bayden arasında mümkün görüşü müzakirə
etməyib.
"Hazırda hansısa ayrı-ayrı görüşlər
planlaşdırılmır. Yəni, potensial görüş perspektivləri haqda danışmağımız üçün
hansısa zəmin yaranmalıdır”,- deyə Peskov jurnalistlərə söyləyib.
O, qeyd edib ki, hazırda pandemiya beynəlxalq səviyyədə
ünsiyyət imkanları məhduddur. Kremldə hesab edirlər ki, hələlik Putinlə
Baydenin görüşməsi üçün heç bir əsas yoxdur.
Bir müddət əvvəl Ağ Ev bildirmişdi ki, Amerika
prezidentinin administrasiyası hələlik Putinlə telefon danışığı təşkil etməyi
planlaşdırmır.
Tərcümə: Selcan
Sfera.az