“Putinin yaxın ətrafı, rusiyalı oliqarxlar və...” – Avropa Birliyindən Rusiyaya qarşı yeni sanksiyalar

“Putinin yaxın ətrafı, rusiyalı oliqarxlar və...” – Avropa Birliyindən Rusiyaya qarşı yeni sanksiyalar
Avropa Birliyi Parlamenti yeni antirusiya sanksiyaları ilə bağlı çağırış edib.

Avropa Parlamentinin iclasında iştirak edən 675 deputatdan 581-nin dəstəklədiyi qətnamə, Avropa Birliyi nümayəndələrinə Rusiyaya qarşı sanksiyaları "bir daha aradan qaldırmamaq şərtilə” gücləndirməyi tövsiyə edir.

Sfera.az-ın məlumatına görə, qətnamə məcburi xarakter daşımır. Avropa dövlətlərini Moskvaya qarşı tətbiq etməyə çağıran daha sərt məhdudiyyətlər arasında "yanvarın 17-də Almaniyadan Rusiyaya qayıdan müxalifətçinin saxlanması və həbsində əli olanlara qarşı fərdi sanksiyalar” da yer alıb.
 
Bundan əlavə, Avropa Birliyi dövlətlərinə rusiyalı "Oliqarxları, Putinin yaxın ətrafına daxil olan şəxsləri və Rusiya KİV-inin təbliğatçılarını” hədəf almaq təklif edilir.

AB parlamentinin yaydığı bəyanatda həmçinin bildirilir ki, "AB-nin insan haqlarına dair yeni qlobal sanksiya rejimi çərçivəsində əlavə məhdudlaşdırıcı tədbirlər də qəbul edilə bilər".

Avropa Parlamenti deputatlarının təklif etdiyi daha bir addım Rusiyanın "Şimal Axını-2" qaz kəməri layihəsinin "birdəfəlik" dayandırılmasıdır.

Sözügedən layihənin Amerika və Avropanın təhlükəsizlik maraqlarına təhlükə yaratdığını bəyan edən Vaşinqtonun sərt müqavimətinə baxmayaraq, rus qazını Avropaya, özəlliklə də Almaniyaya tədarük edəcək çoxmillətli layihə hazırda inşa mərhələsindədir.

Qətnamənin mətnində deyilir: "Mübahisəli boru kəmərinin inşasının  dərhal dayandırılması demokratiyanın və fundamental dəyərlərin avtoritar rejimlərdən qorunmaq məqsədilə transatlantik birliyi gücləndirmək yolunda atılan mükəmməl addım  olaradı".
 
Mənbə: Pravda.ru
Tərcümə: Selcan
Sfera.az

OXŞAR XƏBƏRLƏR