Putin və Ərdoğan dekabrın 3-də Ukraynanı müzakirə edəcək – Hansı qərarlar alınacaq?

Putin və Ərdoğan dekabrın 3-də Ukraynanı müzakirə edəcək – Hansı qərarlar alınacaq?
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna ətrafında yaranan hərbi-siyasi vəziyyəti müzakirə etmək üçün dekabrın 3-də rusiyalı həmkarı Vladimir Putinlə danışacaq. 

Sfera.az saytı "RİA Novosti”yə istinadən xəbər verir ki, bu, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun sözlərindən məlum olub. Danışıqlar zamanı Ukraynanın şərqindəki vəziyyətin müzakirə ediləcəyi güman edilir. 

"Biz deeskalasiyasının tərəfdarıyıq. Bu yaxınlarda mən xarici işlər nazirləri Sergey Lavrov və Dmitri Kuleba ilə danışıqlar apardım", - deyə türkiyəli nazir vurğulayıb.

Çavuşoğlu əlavə edib ki, o, Stokholmda ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Lavrov və Kuleba ilə şəxsən görüşmək niyyətindədir. Həmin görüşlər dekabrın 2-3-də baş tutacaq.

Noyabrın sonunda Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov Rusiyanın Ukraynaya hücuma hazırlaşdığını açıqlamışdı. Bundan əlavə, Qərb mediası Moskvadan gələn qoşunların sərhədə yaxın yerdəyişmələri barədə yazıb.

Rusiya isə öz növbəsində bütün ittihamları rədd edir. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın aqressiv davranışı və ya niyyətləri ilə bağlı bəyanatların tamamilə əsassız olduğunu qeyd edib. O vurğulayıb ki, Rusiya heç kimə qarşı heç bir hücum hazırlamayıb, hazırlamır və hazırlamayacaq.

Vasif
Sfera.az

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

“ABŞ konqresmenləri bu mövzunu yaxşı bilmir” - Peskov

Rusiya prezidentinin mәtbuat katibi Dmitri Peskov paytaxt Moskvada jurnalistlərə cari məsələlərlə bağlı açıqlamalar verib. Sfer.az xəbər verir ki, ABŞ...

ABŞ Ukraynaya görə qoşunlarını yüksək hazırlıq səviyyəsinə gətirdi

Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar olaraq ABŞ öz ərazisində və xarici ölkələrdəki qoşunlarının hazırlıq səviyyəsini artırır. Sfera.az  xəbər ver...

“Azərbaycanla sülh sazişi imzalamağa hazırıq” - Paşinyan

"Ermənistan Azərbaycanla sülh sazişi imzalamağa hazırdır”. Sfera.az-ın xəbərinə görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə ...

Ermənistan prezidenti vəzifəsinə namizədlər AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Ermənistan Prezidenti Armen Sarkisyan yanvarın 23-ü istefa verib. Sfera.az xəbər verir ki, Ermənistan mediasında artıq ölkənin yeni...

Sezen Aksudan tənqidlərə cavab - "Yazmağa davam edəcəyəm"

"Şahane bir şey yaşamaq” adlı mahnısındakı "Salam söyləyin o cahil Həvva ilə Adəmə” sözlərinə görə tənqid olunan türkiyəli müğənni Sezen Aksu səssizliyini pozub...

Adəmlə Həvvaya cahil deyən Sezen Aksuya Ərdoğandan sərt reaksiya - VİDEO

"Şahane bir şey yaşamaq” mahnısında Adəm və Həvvanı "cahil” adlandırması səbəbindən tənqid atəşinə tutulan müğənni Sezen Aksuya daha bir sərt reaksiya Türkiyə P...