Putin Sovet ənənəsinə qayıdışı təsdiqlədi: Ərzaqlar talonla satılacaq

Putin Sovet ənənəsinə qayıdışı təsdiqlədi: Ərzaqlar talonla satılacaq
Rusiya prezidenti Vladimir Putin yoxsullar üçün talon tətbiq etmək barədə düşünməyi təklif edib.

Sfera.az Lenta.ru-ya istinadla xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasının fraksiya rəhbərləri ilə görüş zamanı əhalinin yoxsul təbəqəsi üçün ərzaq talonlarının tətbiqi barədə düşünmək təklifi ilə razılaşıb, amma bu məsələ ilə bağlı problemlər olduğunu da qeyd edib.
 
Dövlət başçısının sözlərinə görə, aztəminatlı vətəndaşlar üçün ərzaq talonları məsələsi artıq hakimiyyətin diqqət mərkəzindədir və sözügedən ideyanın müsbət tərəfləri müşahidə olunmaqdadır.
 
”Düzdü, fikrimcə, indi bu məsələ epidemiyanın tüğyan etdiyi dönəmlərdəki qədər aktual deyil, amma bu barədə düşünməyə dəyər.”,-deyə Putin vurğulayıb.
 
Daha əvvəl  yoxsullar üçün ərzaq talonlarının və sosial qida proqramının tətbiqinin gərəkliliyi barədə İctimai Palatanın aqrosənaye kompleksinin inkişafı komissiyasının rəhbəri Yuliya Ogloblina söz açmışdı. Onun sözlərinə görə, əsas ərzaq məhsullarının qiymətlərinin müvəqqəti dondurulması problemi həll etməyəcək və buna uyğun gəlir artımı isə gözlənilmir.

Qeyd edək ki, 2020-ci ilin dekabrında RLDP (red.Rusiya Liberal Demokrat Partiyası) fraksiyasından olan bir qrup millət vəkilinin (17 Fevral görüşündə sertifikatlar məsələsini partiya lideri Vladimir Jirinovski qaldırmışdı), eləcə də  senatorlar Sergey Leonovla İvan Abramovun ərzaq sertifikatları ilə bağlı qanun layihəsi hazırladıqları məlum oldu. Deputatların fikrincə, həmin sertifikatlar adambaşına nəzərdə tutulmuş məbləğdən aşağı gəliri olan Rusiya vətəndaşlarına verilməlidir.
 
Bu arada Novosibirskdə yerli deputatlar 2022-ci ildən etibarən  elektron ərzaq kartları tətbiq etməyə hazırlaşır. Sözügedən təşəbbüs ərazisinə görə ölkənin üçüncü böyük şəhəri olan Novosibirskdə sakinlərin səkkiz faizinin yemək almağa pulu çatmaması ilə izah edilir.

Xatırladaq ki, ərzaq məhsullarının talonla satılması ənənəsi SSRİ dönəmində tətbiq edilib.
 
Tərcümə: Selcan
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...