Putin qadın aparıcıya cavabı ilə gündəm oldu - VİDEO

Putin qadın aparıcıya cavabı ilə gündəm oldu - VİDEO
Oktyabrın 13-də "Rusiya Enerji Həftəsi”adlı beynəlxalq forumda iştirak edən Rusiya Prezidenti Vladimir Putinin ABŞ-ın "CNBC” telekanalının aparıcısı Hedli Qemba verdiyi cavab müzakirələrə səbəb olub.

Sfera.az-ın xəbərinə görə, Putin aparıcının "Rusiya qaz boru kəmərləri ilə enerjini nəql etmədiyi halda Moskvanın Avropanın qaz nəqli məsələsində etibarlı tərəfdaş olduğuna necə inandıra bilər?” sualına cavab verərək deyib: "Gözəl, yaraşıqlı qadındır. Mən ona başqa şeydən danışıram, o, mənə başqa şey deyir. Elə bil mənim nə dediyimi eşitmədi”.

Rusiya lideri verdiyi cavabda Rusiyanın Avropaya qaz kəmərləri ilə qaz nəqlini artırmadığı barədə məlumatı təkzib edib və bildirib ki, Rusiya Avropaya qaz nəqlini 15 faiz artrıb.

Putinlə aparıcı arasında sözügedən dialoqdan sonra Hedli sosial şəbəkələrdə marağa səbəb olub. Onun özü isə Rusiyanın "Kommersant” qəzetində nəşr olunan Putinlə şəklini öz İnstaqram hesabında paylaşaraq "Mənim ən yaxşı rakursum” deyə şərh edib.
 
(Qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...