Putin-Paşinyan görüşündən dərhal sonra Ərdoğanın Bakı səfəri – Masada hansı məsələlər olacaq?

Putin-Paşinyan görüşündən dərhal sonra Ərdoğanın Bakı səfəri – Masada hansı məsələlər olacaq?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Azərbaycana birgünlük səfər edəcək.

Səfərin Rusiya və Ermənistan prezidentlərinin görüşündən sonra planlaşdırılması Azərbaycanla Ermənistan arasındakı müəyyən mübahisəli məsələlərin masada olacağı ehtimalını yaradır.
 
Maraqlıdır, Ərdoğanın Azərbaycan səfəri özündə nəyi ehtiva edəcək?
 
Mövzunu Sfera.az-a şərh edən politoloq Əlimusa İbrahimov regionda baş verən son proseslərlə bağlı əməkdaşlığın gücləndiriləcəyini bildirib:
 
"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 26-da birgünlük Bakıya və Şuşaya səfəri diqqət mərkəzindədir. Bu barədə rəsmi məlumatlar az olsa da, səfərin iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi və regionda baş verən son hadisələrin iki ölkə prezidenti arasında müzakirə edilərək, düzgün nəticənin çıxarılması baxımından əhəmiyyətli olacağı gözlənilir. Xüsusən, Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri zamanı müzakirə olunan məsələlər diqqət mərkəzində olacaq. Heç şübhəsiz, xüsusi kanallar vasitəsi ilə Putin-Paşinyan arasında gedən söhbətlər və əldə olunan razılaşmalar haqda hər iki prezidentdə yetərincə məlumat var. Azərbaycan və Türkiyə bu sahədə atılacaq addımların sinxronluğunu təmin etmək üçün səylərini gücləndirəcəklər”.
 
Politoloq ikitərəfli müzakirələrdə Zəngəzur dəhlizi və İran məsələsinin olacağını da vurğulayıb:
 
"Zəngəzur dəhlizinin açılması məsələsi də gündəlikdə olacaq. Azərbaycanla Türkiyə bu sahədə qarşıya çıxmış problemlərin birgə həlli üçün addımlar müəyyənləşdirəcək. İranın son dövrlərdə Azərbaycana qarşı tutduğu qərəzli mövqeyin də iki ölkə başçısı arasındakı danışıqların mövzusu olacağı gözlənilir. Hər iki prezidentin İranı daha konstruktiv mövqe tutmağa çağıran bəyanatlarının şahidi ola bilərik”.

Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

1980-2021-ci illərdə Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı 109-dan 18-ə enib.   Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Ba...

Qazaxıstanın Baş Qərargah rəisi Azərbaycan HHQ-nin komanda məntəqəsində OLDU

Qazaxıstan müdafiə nazirinin birinci müavini - Qazaxıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Sultan Kamaletdinov Azərbaycan Hərbi Hava Qü...

Yaşlı insanlar niyə intihar edirlər? - Həkimdən AÇIQLAMA 

Ötən gün Respublikanın sabiq baş pediatrı, professor Nəsib Quliyevin intihar etməsi gündəm olub. Bu xəbərdən sonra daha çox müzakirə obyekti olan məsələ isə məh...

Prezident XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində ÇIXIŞ ETDİ - FOTO - YENİLƏNDİ - 5

Azərbaycan Respublikasının Prezident İlham Əliyev Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqme...

Putinin Çin səfəri ilə bağlı RƏSMİ AÇIQLAMA: "Çinlə razılaşıb..."

Rusiya Prezidenti Vladimir Putinlə Çin sədri Si Cinpin arasında istənilən təmas dünya ictimaiyyətinin diqqətini cəlb edir.   Sfera.az bildirir ki, b...