Putin bu VƏZİFƏSİNDƏN KƏNARLAŞDIRILDI

Putin bu VƏZİFƏSİNDƏN KƏNARLAŞDIRILDI
Beynəlxalq Cüdo Federasiyası (IJF) Rusiya Prezidenti Vladimir Putin və iş adamı Arkadi Rotenberqi təşkilatdakı vəzifələrdən uzaqlaşdırıb.

Sfera.az xəbər verir ki, bu barədə təşkilatın saytında bildirilib.

"Ukraynada davam edən münaqişə fonunda Beynəlxalq Cüdo Federasiyası Vladimir Putinin Beynəlxalq Cüdo Federasiyasının fəxri prezidenti və səfiri statusundan azad edir”,- deyə təşkilatın saytında bildirilib

Federasiyanın fəxri prezidentinin səlahiyyət sertifikatı Putinə 2008-ci ildə təqdim edilib.

Xatırladaq ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) beynəlxalq idman federasiyalarına müraciət edərək onlara yerli və belarus idmançılarını yarışlara buraxmamağı tövsiyə edib.

Bundan sonra bir neçə beynəlxalq idman təşkilatı Rusiyada yarışlar keçirməkdən imtina edib və əksər idman federasiyaları yerli idmançıların beynəlxalq yarışlarda iştirakını dayandırıb. Belə ki, xizək idmanı üzrə Dünya Kubokunun mərhələləri, Çempionlar Liqasının finalı və Rusiya komandası və klublarının bütün ev və Avropa oyunları, körlinq üzrə Avropa çempionatı, Formula 1 mərhələsi, voleybol üzrə dünya çempionatı və bir çox digər yarışlar artıq təxirə salınıb.

OXŞAR XƏBƏRLƏR