Putin Bakıda çempion olan gimnastları təbrik etdi

Putin Bakıda çempion olan gimnastları təbrik etdi
 

Rusiya prezidenti Vladimir Putin Bakıda keçirilən bədii gimnastika üzrə dünya çempionat;nda qızıl medal qazanan Dina Averina və Yekaterina Seleznyovanı təbrik edib.

Rusiya yığmasının üzvləri müvafiq olaraq, top və halqa ilə hərəkətlərdə çempion olublar. Averina 9-cu dəfə bu uğura imza atıbsa, Seleznyova ilk dəfə mundialda qalib gəlib.

Rusiya komandası hazırda 2 qızıl, 1 gümüş və 1 bürünclə medal sıralamasında birinci yerdədir.

Qeyd edək ki, sentyabrın 16-da start götürən dünya çempionatına ayın 22-də yekun vurulacaq. Sayca 37-ci mundial Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Olimpiadaya 98 vəsiqədən 41-i məhz Milli Gimnastika Arenasında sahibini tapacaq. Çoxnövçülükdə eyni ölkədən ikidən artıq olmamaqla ilk 16 yeri tutacaq gimnastlar lisenziya qazanacaqlar. Qrup hərəkətlərində isə ilk "beşlik” olimpiadaya vəsiqə əldə edəcək. Ötənilki dünya çempionatında mükafat qazanan Rusiya, İtaliya və Bolqarıstan artıq Tokio-2020-yə düşdüyündən 6-8-ci yerlər də Oyunlara lisenziya şansı əldə edə biləcəklər.

OXŞAR XƏBƏRLƏR

Kimlərsə “şellənsin” deyə, ölkəni virusun cənginə buraxmayaq

 Karantin rejiminin qaydalarına əməl etmək, evə qapanmaq, alış-verişini, gəzintini ikicə saatın sərhədləri çərçivəsinə sığışdırmaq, sosial həyatdan, doğmal...

Koronavirusdan sağalan insanlar yenidən yoluxa bilərlər – RƏSMİ

  Koronavirusdan sağalan insanlar da yenidən bu virusa yoluxa bilərlər, ona görə onlar da tibbi maskalardan istifadə etməlidirlər. Bunu COVID-19-la mübar...

Rusiyanın 102-ci hərbi bazası: Ermənistanın təhlükəsizliyinin təminatçısı, yoxsa təhlükə mənbəyi?

  İyulun 4-də Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyaya məxsus 102-ci bazada hərbi qulluqçunun meyiti aşkarlanıb. Bu, rusiyalı hərbi heyətlə bağlı ci...

Azərbaycanda karantin rejimi 60 günədək uzadılacaq? - RƏSMİ

  "Azərbaycanda iyunun 21-də karantin rejimi sərtləşdirildi və həmin dövrdən bir-iki həftə ərzində biz stabilləşməni müşahidə etməyə başladıq". Bunu ...

Erməni terrorçusunun adını daşıyan park ictimai ayaqyoluna çevrilib

  Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin tərkibində döyüşən "Ayı” ləqəbli erməni terrorçusu Armen Martirosyanın adını daşıyan istirahət...

Günə 500-dən çox adamın yoluxmasının səbəbi BU imiş... karantini evdə keçirənlər...

  Artıq iki həftədir ki, ölkədə sərt karantin rejimi tətbiq olunur. Bu dövrdə yoluxmaların sayı 500-600 nəfəri arası dəyişib. Rəsmi qurumlar yoluxma sayın...