Pul alıb SOCAR-a işə düzəltmək vədi verən şəxslər yaxalanıb

Pul alıb SOCAR-a işə düzəltmək vədi verən şəxslər yaxalanıb
 Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təhlükəsizlik İdarəsinin əməkdaşları işə düzəltmək adı ilə vətəndaşları aldadıb onlardan pul almış Həsənov Elçin Əmir oğlu və onunla əlbir olan şirkətin "Azneft" İstehsalat Birliyində yardımçı fəhlə işləyən Yaşar Babayevi yaxalayıb.

Bu barədə Sfera.az-a Təhlükəsizlik İdarəsindən bildirilib.

Məlumata görə, özünü SOCAR-ın Baş ofisinin əməkdaşı kimi qələmə verən E.Həsənov saxta vakansiya məlumatları əsasında müxtəlif şəxslərə, o cümlədən Bağırov Nicat İdrak oğlu və Qarayev Elşən Tahir oğluna onları şirkətin strukturlarında fəhlə kimi işə düzəltməyi təklif edib, bunun müqabilində həmin şəxslərin hər birindən 1 000 manat pul alıb. 

"Daha sonra aldatdığı şəxsləri SOCAR-ın Baş ofisinin İnsan Resursları Departamentinin işçisi olduğuna inandırmaq istəyən E.Həsənov onlarla birlikdə Departamentə gələrək inzibati binaya daxil olmağa çalışıb. Burada özünü polis əməkdaşı kimi təqdim edən E.Həsənovun şübhəli hərəkətləri mühafizəçilərin diqqətini cəlb edib və onlar binanın bayırında onu gözləyən şəxslərlə söhbət edərək fırıldağın üstünü açıblar. E.Həsənov, N.Bağırov və E.Qarayev Nizami Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib. Beləliklə, SOCAR-ın Təhlükəsizlik İdarəsi əməkdaşlarının sayıqlığı nəticəsində bu qəbildən növbəti  fırıldaqçılıq əməlinin qarşısı alınıb.

SOCAR-da işə qəbulu mərkəzləşdirilmiş qaydada Baş ofisin İnsan Resursları Departamenti müsabiqə əsasında həyata keçirir. Vakansiyalar barədə məlumatlar şirkətin rəsmi veb-səhifəsində yerləşdirilir, elan olunmuş vakansiya şərtlərinə uyğun bilik və bacarığı olan, müsahibə zamanı bunu nümayiş etdirən şəxslər işə qəbul olunur. Bir daha vətəndaşlara müraciət edərək SOCAR-da işə qəbul olunmaq üçün hər hansı vasitəçilər tapmağa ehtiyac olmadığını bildirir və onları belə fırıldaqçıların toruna düşməməyə çağırırıq", - məlumatda qeyd olunub.

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...