Proqnozdan 1,07 milyard manat çox vergi toplanıb

Proqnozdan 1,07 milyard manat çox vergi toplanıb
Bu ilin yanvar-sentyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə proqnozlaşdırılandan 1,068 milyard manat çox vergi toplanıb. 

Sfera.az Dövlət Vergi Xidmətinə istinadən bildirir ki, proqnoza əsasən ilk 9 ayda büdcəyə 5,286 milyard manat vergi ödənişi olmalıydı. Amma yanvar-sentyabr ayları ərzində toplanan verginin məbləği 6,354 milyard manat olub ki, bu da proqnozdan 20,2 faiz çoxdur. 

Dövlət Vergi Xidməti hesab edir ki, vergi yığımlarının artmasının əsas səbəbi 2021-ci ilin yanvar-sentyabr ayları ərzində dövriyyələrin şəffaflaşdırılması istiqamətində aparılan işlər, vergi inzibatçılığının daha da təkmilləşdirilməsi, iqtisadiyyatda müşahidə edilən bərpa templəri olub.

Xidmət proqnoza artıqlaması ilə əməl etməklə bərabər, ötən ilin ilk 9 ayı ilə müqayisədə vergi yığımlarını da artırıb. Artım 12 faiz olmaqla 681,6 milyon manat təşkil edib.

Toplanan verginin 4,707 milyard manatı qeyri neft-qaz sektorunun payına düşüb. Bu sektor üzrə proqnozdan 14,9 faiz çox və ya 609,6 milyon manat vergi yığılıb. Vergilərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz, yaxud 442,7 milyon manat artıq olub.

Vergi yığımlarında müsbət dəyişikliklərdən biri də qeyri neft-qaz sektorunun özəl bölməsi üzrə daxilolmaların nəzərəçarpacaq dərəcədə artmasıdır. Özəl bölmədə əvvəlki ilin eyni dövrü ilə müqayisədə vergi yığımları 17,8 faiz artaraq 3 milyard 600 milyon manata yüksəlib. Regionlar üzrə daxilolmalar 700,9 milyon manat olmaqla, proqnoz 15,7 faiz çox icra edilib.

Ümumilikdə, ödənilən vergilərin 74,1 faizi qeyri neft-qaz sektorunun, 25,9 faizi neft-qaz sektorunun payına düşüb.

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi

"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.   Sfera.az...

Azərbaycan və Türkiyə aqrar sahədə əməkdaşlığın perspektivlərini MÜƏYYƏNLƏŞDİRDİ - FOTO

Azərbaycanın istehsal etdiyi kənd təsərrüfatı məhsullarının Türkiyə və Avropa bazarlarına ixracının genişləndirilməsi zəruridir.   Sfera.az-ın K...

"Vətəndaşlar hər 100 manatın 51-ni ərzağa xərcləyir" - Vüqar Bayramov

Bu ilin ilk rübündə Azərbaycanda ərzaq məhsullarının alınmasına 6 milyard 886 milyon manat xərclənib.   Sfera.az bildirir ki, bunu iqtisadçı deputat...

""Kömək elə" sözünü eşitdik, getdik, gördük ki..." - Qətlə yetirilən ər və arvadın qonşusu

"Biz neçə ildir burada qonşuyuq. Onlar çox mehriban insanlardır. Oğlan da sakit uşaqdır. Birdən-birə niyə belə oldu bilmirik. Biz də birdən "kömək elə...

“ASAN xidmət” BMT ilə yeni layihəyə BAŞLAYIR - FOTO

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) BMT ilə yeni layihəyə başlayır. &...

BDU-nun tələbəsi VƏFAT ETDİ - FOTO

Xırdalanda 21 yaşlı oğlanın evdə asılmış meyiti aşkarlanıb.   Sfera.az xəbər verir ki, hadisə Xırdalandakı yaşayış kompleksində qeydə alınıb. 2003-ci...