Prokuror Rövşən Əkbərova 11 il cəza istədi

Prokuror Rövşən Əkbərova 11 il cəza istədi
Bakı Hərbi Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Sfera.az-ın məlumatına görə, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə qətlə yetirilən E.Əliyevin anası Səmayə Əliyeva və dostu Orucəli Hacıyevin ifadəsi elan olunub.

Daha sonra hadisə vaxtı Ukrayna səfirliyində işləmiş əməkdaşlar və hadisənin baş verdiyi "Sikora” kafesinin işçilərinin ifadələri elan edilib.

Məlum olub ki, hadisə günü E.Əliyev restoranda başqa masada olan R.Əkbərovun şərəfinə "Cənab zabit” mahnısını sifariş edib. Bundan sonra onlar görüşəndə E.Əliyev R.Əkbərova "mən səfirliyə gələndə siz samovar qaynadırdız” deyib. Bu ifadə R.Əkbərovun xoşuna gəlməyib və o cavabında "mən sənin üçün çayxanaçı deyiləm” deyib. Nəticədə R.Əkbərovla E.Əliyevin arasında mübahisə yaranıb. Daha sonra E.Əliyev restoranın qarşısında qətlə yetirilib.

R.Əkbərovun vəkilləri bildirib ki, şahidlər cinayət işi ilə bağlı əvvəllər fərqli ifadə versə də, sonradan ifadələrini dəyişərək generalın əleyhinə danışıblar.

Prosesdə ifadə verən təqsirləndirilən şəxs Rövşən Əkbərov bildirib ki, hadisə günü həmin restoranda olmayıb.

R.Əkbərovun ifadəsindən sonra sənədlər tədqiq edilib və məhkəmə istintaqı başa çatıb.

Prosesdə çıxış edən dövlət ittihamçısı cinayətin üzərindən 20 ildən uzun müddət keçdiyini, buna görə R.Əkbərovun ittiham edildiyi Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddənin təsirdən düşdüyünü nəzərə olaraq, onun 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və maddələri ilə təqsirli bilinməsini istəyib. Prokuror təqsirləndirilən generalın 11 il azadlıqdan məhrum edilməsini istəyib.

R.Əkbərovun vəkilləri çıxış üçün vaxt istəyiblər.

Proses 22 oktyabrda davam etdiriləcək.

İttihama görə, 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Rövşən Əkbərov Kiyev şəhəri, Deqtyaryov küçəsi, 7 ünvanda yerləşən "Sikora” kafesində yeyib-içdikdən sonra saat 4 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyevə aralarında yaranmış cüzi münaqişə səbəbindən ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirib.
İstintaq sənədlərinə görə, Rövşən Əkbərov 2001-ci ildə Müdafiə Nazirliyi tərəfindən Ukraynaya 95 günlük xidməti ezamiyyətə göndərilib.

Həmin il mayın 31-də gecə 3-4 radələrində Kiyev şəhərində yerləşən "Sikora” kafesində tanışları Elçin Əliyev və Məzahir Şıxaliyevlə içki məclisində olub. Həmin zaman Rövşən Əkbərov sərxoş vəziyyətdə həmin şəxslərin ona qarşı hörmətsizlik etdiyini, onu tanımadıqları ilə bağlı etirazını bildirib.

Rövşən Əkbərov Elçin Əliyev və Məzahir Şıxalıyevlə mübahisə edib.

Bu zaman kafenin rəhbərliyi onları oradan çıxarıb. Tərəflər mübahisələrini çöldə davam etdiriblər. Rövşən Əkbərov Məzahir Şıxalıyevə yumruqla zərbələr vurub. Daha sonra avtomobilinə yaxınlaşaraq bıçaq götürüb. Bıçaqla Elçin Əliyevə xəsatət yetirib. Xəsarət nəticəsində Elçin Əliyev hadisə yerində ölüb.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilib.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edildi + YENİLƏNİB

Bu gün Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Sfera.az ...

DİN kibercinayətkarlıqlarla bağlı vətəndaşlara MÜRACİƏT ETDİ

Daxili İşlər Nazirliyi (DİN) kibercinayətkarlıqlarla bağlı vətəndaşlara müraciət edib. DİN-dən Sfera.az-a verilən məlumata görə, qurum sosial media üzərin...

Saxta COVID pasportu satan xəstəxana rəhbərliyinə cinayət işi başlandı

"Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində qanunsuz olaraq "COVID-19” əleyhinə vaksinasiya olunması barədə saxta sənədlərin tərtib edilməsi i...

Toy karvanında TƏHLÜKƏLİ ANLAR - "Avtoş" həbs edildi - VİDEO

Toy karvanında avtoxuliqanlıq edən sürücü həbs edilib. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sfera.az-a verilən məlumata görə, Masallı Rayon ...

Bakıda şirkətdə baş verən ölümlə bağlı cinayət işi AÇILDI

Bakıda şirkətdə baş verən ölümlə bağlı cinayət işi başlanıb. Suraxanı rayon prokurorluğundan Sfera.az-a verilən məlumata görə, oktyabrın 25-i saat 13 radə...

Bakıda ərini boyunbağı ilə boğub öldürən qadından XƏBƏR VAR

Bakıda ərini boyunbağı ilə boğaraq öldürməkdə təqsirləndirilən İnnesa İsmayılovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Sfera.az xəbər verir ki,...