Professordan SEVİNDİRİCİ XƏBƏR - Yoluxanların sayı...

Professordan SEVİNDİRİCİ XƏBƏR - Yoluxanların sayı...
 Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, canlı yayımda koronavirusun hazırki durumunu dəyərləndirən Türkiyənin elmi komitəsinin üzvü Professor Dr. Tevfik Özlü sevindirici xəbər verib.

Tevfik Özlü bir televiziya kanalında Səhiyyə Naziri Fəxrəddin Qoca tərəfindən son açıqlanan yoluxanların sayı və 1 iyunda götürüləcək qadağaları dəyərləndirib.

Özlü yoluxma sayında olan azalmaya baxıldığı zaman hazırki koronavirusun yayılmağa başladığı ilk vaxtlardakı koronavirusdan daha az xəstələndirmək gücündə olduğunu deyib:

"Amma bu bizdə arxayınlığa səbəb olmamalıdır. Virusdan tam yaxa qurtarmaq üçün əlimizdən gələni etməliyik. Hazırki durum bizə bunu göstərir ki, virüs qalır. Heç bir yerə getməyib. Vəziyyət düzəlməyib, təhlükə sovuşmayıb. Virus məqam gözləyir. Bizi xəstələndirmək üçün, öldürmək üçün fürsət gözləyir. Yoxmuş kimi davrana bilmərik. "Təhlükə bitdi, hər şey normala döndü” deyə bilmərik. Əlbəttə sosial həyat yenidən başladı. Amma işimizə geri dönsək də virusa fürsət verməyəcək şəkildə, kontrollu bir şəkildə bunu etmək məcburiyyətindəyik. Xahiş edirəm, işimizin dalınca gedərkən virusun var olduğunu unutmayaq. Özümüzü qoruyaq, yenə tədbirimizi görək. Maska, sosial məsafə və gigiyena qaydalarına əməl edək. Mümkün olduğu qədər qapalı və insanların sıx olduğu yerlərdən uzaq duraq.

COVİD-19-un bəzi mutasiyalar keçirdiyi ilə bağlı araşdırmalar davam edir. Xəstəxanalardakı xəstə sayına baxdığımız zaman sayının azaldığını, xəstələrin artıq çox yüngül simptomlarla bizə müraciət etdiklərini deyə bilərəm. Bütün bunlar virusun xəstəlik törətmə potensiyalının azaldığını düşünməyimizə səbəb olur. Koronavirus hazırda bir mutasiyada ola bilər. Artıq bu virus ilk gündəki virusla müqayisədə daha az yoluxdurma gücünə malikdir. Amma buna baxmayaraq heç kim səhlənkarlıq etməməlidir, özünü qorumalıdır”.

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...