Prezident Rusiya sülhməramlılarının fəaliyyətini qiymətləndirdi

Prezident Rusiya sülhməramlılarının fəaliyyətini qiymətləndirdi
"Bəli, ümumilikdə biz bundan məmnunuq. Təqribən bir ildir ki, müharibə başa çatıb və Rusiya sülhməramlıları Azərbaycanda, bizim Qarabağ bölgəsində yerləşib. Bu müddət ərzində bəzi xırda insidentlər istisna olmaqla vəziyyət sabitdir və ümumən biz bundan razıyıq".
 
Sfera.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də İtaliyanın "La Repubblica” qəzetinə müsahibəsində deyib.

Dövlət başçısı "Ermənistanla münaqişə mövzusundan başlamaq istəyirəm. Rusiyanın sülhməramlı vasitəçiliyindən razısınızmı" sualına cavab olaraq bildirib:

"Əlbəttə, həllini gözləyən müəyyən məsələlər qalmaqdadır. Xüsusən də, hazırda Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan ərazilərimizə səfər etmək üçün Azərbaycandan icazə almalı olan əcnəbilər məsələsi var. Qarabağa səfər edən dırnaqarası turistlərin sayı kəskin şəkildə azalsa da, bəzi əcnəbilər hələ də bizim ərazimizə, Rusiya sülhməramlılarının olduğu yerlərə qanunsuz daxil olurlar. Bu məsələ Rusiyanın səlahiyyətli orqanlarının, Müdafiə Nazirliyinin diqqətinə çatdırılıb ki, buna son qoyulsun. Bu və bəzi digər məsələlər öz həllini tapmalıdır. Ancaq hazırda biz onların fəaliyyətindən ümumilikdə razıyıq".

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

İranlı sürücülər ölkələrinə qaytarıldı

Azərbaycan humanizm, qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərindən çıxış edərək və xoş niyyət nümayiş etdirərək İran vətəndaşları Barzegar Haghı Jafa...

İlham Əliyev Zəngilanın Baş planına yarım milyon ayırdı

Prezident İlham Əliyev oktyabrın 20-də "Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən Zəngilan şəhərinin Baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında” ...

Bakıdan gedən ermənilərin təyyarəsi İrəvana endi - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan daha 5 erməni diversantı qarşı tərəfə təhvil verib. Sfera.az-ın məlumatına görə, Ambardanyan Mels Karapetoviç, Karapetya...

Azərbaycan-Ermənistan münasibətləri bu halda normallaşa bilər - Bayramov şərtləri AÇIQLADI

"Azərbaycan üçün prioritet məsələlərdən biri işğaldan azad edilmiş ərazilərin bərpası və həmin yerlərdən olan vətəndaşlarımızın ata-baba yurdlarına qaytarılması...

“İran narkotiki Avropa bazarına bu terror təşkilat vasitəsilə çıxarır” - Qabil Hüseynli

"Hər iki Qarabağ müharibəsində Ermənistan ordusunun tərkibində Azərbaycana qarşı yüzlərlə PKK terrorçusu döyüşüb. Prinsip etibarilə Ermənistanın terrora dəstə...

Fransanın Azərbaycana müsbət jesti - Deputat Parisin son addımını şərh edir

Son günlər 44 günlük müharibə zamanı, eləcə də ondan əvvəlki dövrdə Azərbaycana qarşı qərəzli siyasi kurs tutmuş Fransa dövlətinin mövqeyində dəyişiklik sezil...