“Prezident istədiyi vaxt siyasi gündəmi dəyişə bilir” - Qüdrət Həsənquliyev

“Prezident istədiyi vaxt siyasi gündəmi dəyişə bilir” - Qüdrət Həsənquliyev
BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsini oxucularımıza təqdim edirik

– Qüdrət bəy, orduda bəzi yüksək rütbəli generalların istefaya göndərilməsinə münasibətiniz necədir?

– Ölkəmiz inkişaf edir, yenilənir, dəyişir. Bu dəyişikliklər Ordunu da əhatə etməli idi və bunun anonsunu Prezident 44 günlük Vətən müharibəsi zamanı vermişdi. Mən hər zaman hökuməti Orduda islahatlar aparmağa, Müdafiə Nazirliyinin rəhbərliyini milli kadrlarla gücləndirməyə çağırmışam. Bu gün də əminəm ki, Silahlı Qüvvələrimizi daha güclü etmək üçün müdafiə naziri mülki şəxs olmalı, peşəkar ordu qurulmalıdır. Ordu üzərində güclü parlament və mülki nəzarəti təşkil etmək lazımdır .Ümumiyyətlə, zamanla ayaqlaşıb, qarşıya qoyulmuş vəzifələri uğurla yerinə yetirə bilməyən kadrlar dəyişdirilməlidir. Amma ona da imkan verilməməlidir ki, kimlərsə yaranmış vəziyyətdən öz dar siyasi məqsədləri üçün istifadə edib bütün məmur təbəqəsini xalqımıza oğru-quldur kimi təqdim etsin. Onların çoxu öz vəzifələrini vicdanla yerinə yetirir. Çox təəssüf ki, 90-cı illərdə partiya-sovet orqanlarında çalışanlar bütövlükdə xalqımıza satqın, rüşvətxor kimi təqdim olunurdu və biz bunun acı nəticələrini yaşadıq.

– Son günlər bəzi şəxslər ölkəmizdə mümkün dövlət çevrilişi barədə danışmağa başlayıblar. Bunun hər hansı əsası varmı?

– Heç bir əsası yoxdur. Güc strukturları, hüquq mühafizə orqanları prezidentə və xalqımıza sadiqdir. Xalqımız Prezidenti müdafiə edir və onun qarşımızda duran problemləri həll edəcək islahatları uğurla həyata keçirəcəyinə inanır .Artıq bu istiqamətdə real addımların atılması üçün ciddi hazırlıq işləri görülür. Çevriliş barədə danışanların isə hər birinin öz marağı var. Biri yalnış olaraq düşünür ki, bununla iqtidara kömək edir, eyni zamanda diqqqəti özünün təxribatçı əməllərindən yayındırır. Digəri fikirləşir ki, bu yolla iqtidar daxilində parçalanma yarada bilər. Bir başqası bu tipli şaiyələr yayıb başqasına etimadsızlıq yaratmaq istəyir. İnkişafın qarşısında kötüyə çevrilmiş başqa biriləri düşünürlər ki, bu tipli şayiələr yaymaqla Prezidenti təhdid edib islahatlardan çəkindirmək olar və s. Amma bu barədə danışanların hər biri ayrılıqda başa düşür ki, Azərbaycanda antikonstitusion yolla hakimiyyət dəyişikliyi dövrü çoxdan başa çatıb və xalqımız onların dediklərini ciddi qəbul etmir. Bir də hansı "ağıllı” torpaqlarımızın 30 illik işğalına son qoymuş, siyasi reytinqinin pik dövrünü yaşayan Prezidenti devirməyi ağlından keçirər.

– İnternet üzərindən belə bir təbliğat aparılır ki,P rezident keçmişə ekskurs etməklə AXC və Musavatı tənqid edirsə bu, o deməkdir ki,onları özünə real alternativ kimi görür və onlardan çəkinir. Siz necə düşünürsünüz?

Prezident çox istəyir ki, məhz onlar Prezidentə qarşı real alternativ kimi görünsünlər. Çünki bərk çığıranların hər biri zaman-zaman bu və digər formada iqtidarla əməkdaşlıq edib və bir çoxu bu gün də edir. Prezident onların "gücünə” və "iradəsinə” yaxından bələddir. Həm də həmin dövr insanların yaddaşında güclü hakimiyyətin olmadığı, torpaqlarımızı itirdiyimiz, dövlət quruculuğunda ciddi uğusuzluqlara düçar olduğumuz silahlı qiyamlar və anarxiya dövrü kimi qalıb. Əlbəttə, Elçibəyin prezidentliyi dövründə bəzi uğurlu qərarlar qəbul olunsa da, ümumən, həmin dövr xalqımızın yaddaşşında xaos dövrü kimi assosiasiya olunur. Nəzərə alsaq ki, həmin dövrdə xarici siyasətdə və qonşularla münasibətdə də problemlər mövcud idi, onda hər kəs başa düşməlidir ki, Prezident niyə o dövrə tez-tez müraciət edir. O da etiraf olunmalıdır ki, Prezident istədiyi vaxt siyasi gündəmi dəyişə bilir, həm də bəlli düşərgəyə mövzu verir ki, həftələrlə müzakirə etsin.

OXŞAR XƏBƏRLƏR

"Mən itirdikcə qazandım" - Oksana

"İnsan itirdikcə qazanır... Mən qazandım. Allaha min şükür olsun. Hər zaman dayağınız Allah olsun, dostlar, o hər şeyi bilir və görür, etibar edin ona... Ü...

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi

Lənkəran şəhərində 24 yaşlı Əhməd Salayev anasının xərçəng xəstəsi olmasını eşidib həyatına qəsd edib.    Sfera.az-ın məlumatına görə, hadisə bu...

Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"yə qalib gələrək finala yüksəldi

Futbol üzrə Azərbaycan Kubokunda ikinci finalçı müəyyənləşib.   Sfera.az-ın məlumatına görə, yarımfinalın cavab matçında "Qarabağ" "Ne...

Şolts: "NATO Rusiya Federasiyası ilə müharibə vəziyyətində deyil"

NATO ölkələri Ukraynanı dəstəkləyir, lakin blokun Rusiya ilə müharibə etməməsi vacibdir. Sfera.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Br...

Dünyanın ən cazibədar kişisi idi: Ağır xəstəlik Alen Delonu necə dəyişdirdi?

88 yaşlı dünya kinosu əfsanəsi Alen Delonun qızı Anuşka Delon 71,6 min abunəçisi olan sosial şəbəkə səhifəsindəki paylaşımı ilə hər kəsi kədərləndirib.  ...

Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.   Sfera.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və...