No Image
No Image

Prezident ilk bərpa olunacaq kəndlərin adın AÇIQLADI

Prezident ilk bərpa olunacaq kəndlərin adın AÇIQLADI
"Bütün şəhərlərin baş planları hazırlanır. Hesab edirəm ki, bu, ilk növbədə, Ağdam şəhərini əhatə edəcək. Ümid edirəm, may ayının sonuna qədər Ağdam şəhərinin baş planının ilkin versiyası təqdim olunacaq və əlbəttə ki, ondan sonra, o cümlədən Ağdam rayonunun ictimaiyyəti ilə birlikdə müzakirə ediləcək. Digər şəhərlərimizin də baş planları hazırlanır”.

Sfera.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsi zamanı bildirib.

Kəndlərin bərpasına gəldikdə, dövlət başçısı bildirib ki, burada da biz işlərimizi mərhələlərə bölməliyik:

"İlk növbədə, biz mövcud infrastruktura yaxın olan kəndləri bərpa etməliyik. Bu da təbiidir, çünki həm vaxt, həm səmərəlilik baxımından bu, daha məqsədəuyğundur. Ona görə Ağdam, Füzuli, Cəbrayıl rayonlarının keçmiş təmas xəttinə yaxın olan kəndlərinin bərpası ilə bağlı müvafiq göstərişlər verilib.

Xaricdən bir çox təkliflər gəlməkdədir, bir çox xarici tərəfdaşlarımız Qarabağın bərpası işində fəal iştirak etmək istəyirlər. Biz də, əlbəttə ki, bunu alqışlayırıq. Təbii ki, bütün təkliflər təhlil ediləcək və müzakirə olunacaq. Biz bu işləri maksimum səmərə ilə görməliyik ki, azad edilmiş torpaqlara qayıdacaq vətəndaşlar üçün ən gözəl şərait yaradılsın”.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycan XİN bəyənat yaydı: Ermənistana təşvişə düşməməyi tövsiyə edirik

10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanata əsasən işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonlarının Ermənistan ilə həmsərhəd bölgələrində ç...

Ərdoğanın açıqlaması Kremli narahat etdi: "Lavrovun həm Azərbaycana, həm də Ermənistana “sürpriz” təklifləri var”

Xəbər verdiyimiz kimi Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 10-11-də Bakıya işgüzar səfərə gələcək. Lavrov Bakıya səfərindən öncə isə mayın 5-6-da İ...

Azərbaycan ordusunun 3 generalı vəzifəsindən azad edildi

Azərbaycan ordusunun 3 generalı ehtiyata göndərilib. Müdafiə Nazirliyindən Sfera.az-a bildirilib ki, onlar - general-leytenant Zahid Hüseynov, general-may...

Prezident ilk bərpa olunacaq kəndlərin adın AÇIQLADI

"Bütün şəhərlərin baş planları hazırlanır. Hesab edirəm ki, bu, ilk növbədə, Ağdam şəhərini əhatə edəcək. Ümid edirəm, may ayının sonuna qədər Ağdam şəhərinin b...

Prezident Pedaqoji Universitetlə bağlı SƏRƏNCAM imzaladı

Prezident İlham Əliyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sfera.az-ın məlumatına ...

Prezidentdən 13 milyon manatlıq SƏRƏNCAM

Prezident İlham Əliyev Ağcabədi rayonunun Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (109 km)–Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun tikintisi ...