Prezident İlham Əliyevin korrupsiyaya və rüşvətə qarşı açdığı mübarizə qətidir

Prezident İlham Əliyevin korrupsiyaya və rüşvətə qarşı açdığı mübarizə qətidir
 "Koronavirus pandemiyası ilə mübarizədə Azərbaycanın nəticələri göz önündədir, Azərbaycanın müsbət təcrübəsi barədə Ümumdünya Səhiyyə Təşkilatı ən ali səviyyədə açıqlama verdi. Habelə itki sayı da deyilənləri təsdiqləyir. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bu qlobal təhlükədən az itkilərlə çıxması üçün ardıcıl olaraq mümkün olan bütün tədbirlər həyata keçirilib və hazırda da bu proses davam edir. Çox təəssüf ki, bəzi dövlət orqanlarında çalışan, tamahlarına sahib çıxmağı bacarmayan, bununla da dövləyə də xalqa da xəyanət edən məmurlar var ki, hətta bu həssas və ağır günlərdə, kritik dönəmlərdə çirkin və məkrli əməllərindən əl çəkmək istəmirlər.”

Bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov "İki sahil” qəzetinə açıqlamasında deyib.

B. Məhərrəmov qeyd edib ki, Ağstafa, Yevlax, Neftçala, habelə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçılarının həbsi onu göstərdi ki, cənab Prezidentin islahat iradəsi sarsılmazdır: "Bilirsiniz ki, xüsusən karantin rejiminin tətbiqi ilə əlaqədar yardıma ehtiyacı olan insanlara sosial dəstək üçün ayrılan vəsaitin əhəmiyyətli hissəsinin mənimsəməsi, icra hakimiyyətinin sərəncamında olan digər vəsaitlərdən də öz mənafeləri üçün istifadə etmək kimi əməllər də daxil olmaqla bu kimi vəzifə cinayətləri vətəndaşların haqlı narazılıqlarına səbəb olmuşdur. Dövlət rəhbərliyinin bu faktlara münasibəti çox sərt oldu. Dövlətçiliyə, xalqa və hakimiyyətə xəyanət edən məmur qandallanaraq qanun qarşısına çıxarıldı. Bu həbslər aydın şəkildə göstərir ki, Prezident İlham Əliyevin ölkədə korrupsiyaya və rüşvətə qarşı açdığı mübarizə qətidir. Hələ də köhnə günlərin ab-havası ilə yaşayan hər bir məmur bilməlidir ki, atacağı hər yanlış və qanunsuz addımın bədəli ağır olacaqdır.

Dövlət başçısı İlham Əliyev dəfələrlə deyib ki, məmurların əsas vəzifəsi xalqın xidmətində olmaq, xalq üçün işləmək və dövlətin siyasətini həyata keçirməkdir. Prezidentin həyata keçirdiyi tədbirlər nəticəsində məmur özbaşınalığına, vəzifə səlahiyyətlərindən sui-istifadə hallarının qarşısının alınmasına, utancverici bir şəkildə öz ciblərini doldurmasına, xalqın, dövlətin malını, pulunu mənimsəməsinə son qoyulur. Azərbaycan dövlətinin birmənalı şəkildə bu cür "məmurlardan”, daha doğrusu, məmur adına yaraşmayan insanlardan xilas olunmasının əsl zamanıdır. Şübhəsiz ki, Azərbaycan dövlətinin bütün strukturlarında zəruri islahatlar bundan sonra da davam edəcək. Çünki bu cür islahatlar qaçılmazdır və mütləq davamlı olmalıdır. Hər bir addım Azərbaycan dövlətinin güclənməsinə, ölkəmizin müasir, müstəqil, demokratik dövlətə çevrilməsinə xidmət edir. Prezident İlham Əliyev Milli Məclisin razılığı ilə Azərbaycan Respublikasının yeni Baş prokurorunu təyin etmişdir. Bu posta Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisinin namizədliyinin verilməsi Azərbaycanda korrupsiyaya qarşı aparılan ciddi mübarizənin təzahürüdür. Bu yüksək vəzifəyə uzun illər Azərbaycan Respublikasınin Baş prokuroru yanında korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin təyin edilməsini də mən bu baxımdan çox müsbət addım kimi qiymətləndirirəm. Mənim fikrimcə, Prezident İlham Əliyev bu təyinatla korrupsiyaya qarşı mübarizənin ölkədə aparılan hərtərəfli islahatların prioritetlərindən olduğunu bir daha göstərdi. Milli Məclisin iclasında yeni Baş prokuror Kamran Əliyev ilk çıxışında Azərbaycanda qanunçuluğun daha da möhkəmləndirilməsinın, qanunların aliliyinin, insan hüquq və azadlıqlarının qorunmasının təmin edilməsinin Prezidentimizin siyasi kursunun əsas istiqamətlərindən olduğunu və bütün bunların prokurorluq orqanlarının indiki yeni mərhələdə fəaliyyətinin təməl prinsiplərinin təşkil etdiyini ictimaiyyətə bir daha çatdırdı."

OXŞAR XƏBƏRLƏR

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

AFFA İntizam Komitəsi üç futbolçunu cəzalandırıb.   Sfera.az xəbər verir ki, buna onların rəqib futbolçuları təhqir etməsi səbəb olub.   X...

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

Mövsümlə əlaqədar olaraq bazarlarda meyvələrin çeşidində çoxalma hiss olunur.   Bəs bu məhsulların hansılarında bahalaşma və ucuzlaşma hiss olun...