Prezident Həsən Ruhaniyə başsağlığı verib

Prezident Həsən Ruhaniyə başsağlığı verib
 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti  Həsən Ruhaniyə başsağlığı verib.

Sfera.az  xəbər verir ki, başsağlığında deyilir:

"Hörmətli cənab Prezident,

Tehran şəhəri yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!”

Xatırladaq ki, göyərtəsində 170-dən çox sərnişin olan "Boeing 737” tipli təyyarə bu gün Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğrayıb. Qəza nəticəsində sağ qalan olmayıb. Təyyarə qəzasında 82 nəfər İran vətəndaşı, 63 nəfər Kanada vətəndaşı, 11 nəfər Ukrayna vətəndaşı (2 sərnişin və 9 ekipaj üzvü), 10 nəfər İsveç vətəndaşı, 4 nəfər Əfqanıstan vətəndaşı, 3 nəfər Almaniya vətəndaşı və 3 nəfər Böyük Britaniya vətəndaşı həyatını itirib. 


OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov Aİ rəsmisini Ermənistanın təxribatı barədə məlumatlandırıb - FOTO

 Xarici İşlər nazir Ceyhun Bayramov Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskası qəbul edib. Bu barədə Sfera.az-a Xarici İşlər ...

Fəzail Ağamalı: “Qeyri-ərzaq mağazaları ciddi karantin qaydaları tətbiq olunmaqla açılmalıdır”

 "İlk olaraq, indiki çətin vaxtda dövlətin əlavə yüklənməsinin tərəfdarı deyiləm”. Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən icla...

“Ermənistan təlimlərdəki müasir silahlardan döyüşlərdə istifadə edəcəyimizə görə narahatdır”

 "Türkiyənin istifadə etdiyi məhsulların bizim üçün əlçatan olması heç kim üçün sirr deyil, olmamalıdır da”. Sfera.az xəbər verir ki, bunu mediapost-...

Azərbaycan Livana bir milyon dollar yardım edəcək

 Baş nazir Əli Əsədov Livana maliyyə yardımı edilməsi ilə bağlı sərəncam imzalayıb.  Sfera.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti mə...

Prezident Livan xalqına başsağlığı verib

 Azərbaycan prezidenti İlham Əliyev livanlı həmkarı Mişel Auna başsağlığı verib. Sfera.az xəbər verir ki, məktubda qeyd olunur: "Beyrut şəhərin...

Milli Məclisin sabahkı iclasının gündəliyi açıqlanıb

 Milli Məclisin sabah - avqustun 6-da keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb. Sfera.az xəbər verir ki, iclasın gündəliyinə 6 məsələ daxil e...