No Image
No Image

Prezident: "Biz XXII əsrin müharibəsinə də hazır olmalıyıq"

Prezident:
"Əlbəttə ki, hərbi sahədə müharibə bizim şanlı səhifəmizdir. Amma, eyni zamanda, təcrübədir. Ali Baş Komandan bütün işlərə rəhbərlik edən şəxs kimi mən bilirəm ki, bizim zəif yerlərimiz də hardadır. Onları biz hətta müharibə dövründə o zəif yerləri düzəltdik".

Sfera.az xəbər verir ki, bu fikirləri Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VII qurultayındakı çıxışında söyləyib.

"Müharibə dövründə önəmli qərarlar qəbul edilmişdir. Bundan sonra əlbəttə ki, bu təcrübə bizim üçün əsas olacaq, olmalıdır. Göstərişlər verildi ki, daha müasir ordu yaradaq. Çünki indi hərbi ekspertlər, beynəlxalq hərbi ekspertlər deyirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparıbdır. Biz yəqin ki, elə planlaşdırmalıyıq ki, bəlkə də əlli ildən sonra biz XXII əsrin müharibəsinə də hazır olmalıyıq. Çünki güc hər şeyi həll edir. Əfsuslar olsun ki, bu belədir. Beynəlxalq hüquq işləmədiyi yerdə ancaq güc amili həlledici ola bilər", - Prezident bildirib.

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Qüdrət Həsənquliyev: "Rusiya-Azərbaycan münasibətlərini korlamağa çalışırlar"

Azərbaycan Rusiya ilə daha yüksək səviyyədə əməkdaşlıq etməlidir, ümumiyyətlə, biz MDB çərçivəsində daha aktiv olmalıyıq. Sfera.az xəbər verir ki, bu sözl...

Prezident ilk bərpa olunacaq kəndlərin adın AÇIQLADI

"Bütün şəhərlərin baş planları hazırlanır. Hesab edirəm ki, bu, ilk növbədə, Ağdam şəhərini əhatə edəcək. Ümid edirəm, may ayının sonuna qədər Ağdam şəhərinin b...

Əli Əsədov Rusiyaya səfərə gedəcək

Bu gün Rusiya Hökumətinin sədri Mixail Mişustin Baş nazir Əli Əsədova telefonla zəng edib. Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat ya...

Prezident Hacıqabulda açılışlar etdi - FOTO

11: 41   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 20-də Hacıqabul rayonuna səfərə gəlib. Sfera.az xəbər verir ki, dövlətimizi...

Ağdamın baş planı təqdim olunacaq – İlham Əliyev

May ayının sonuna qədər Ağdam şəhərinin baş planının ilkin versiyası təqdim olunacaq. Sfera.az xəbər verir ki, bunu aprelin 20-də Prezident İlham Əliyev A...

Rusiya “İsgəndər-M”lə bağlı məktubu cavablandırdı - Prezident razılaşmadı

Rusiya Müdafiə Nazirliyi Azərbaycan Müdafiə Nazirliyinin Şuşaya atılan "İsgəndər-M” raketi ilə bağlı məktubuna cavab göndərib. Sfera.az xəbər verir ki, bu...