Prezident Anlaşma Memorandumu təsdiqlədi

Prezident Anlaşma Memorandumu təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında “Hava hücumundan müdafiə təlimi” üçün Ev Sahibi Ölkənin dəstəyinə dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında fərmanı təsdiqləyib.

Sfera.az xəbər verir ki, fərmanda deyilir:

1. Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında “Hava hücumundan müdafiə təlimi” üçün Ev Sahibi Ölkənin dəstəyinə dair 2015-ci il sentyabrın 3-də Bakı şəhərində və sentyabrın 18-də Ankara şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərsin.


OXŞAR XƏBƏRLƏR