No Image
No Image

Postlardan keçmək istəyən 2 315 nəqliyyat vasitəsi geri qaytarıldı

Postlardan keçmək istəyən 2 315 nəqliyyat vasitəsi geri qaytarıldı
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin tətbiq edildiyi 5 şəhərin və 12 rayonun giriş və çıxışlarında quraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi vətəndaşlar tərəfindən 2021-ci il yanvarın 20-də də karantin rejimi qaydalarının və tələblərinin pozulması halları aşkarlanıb.

Nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 2 315 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb.

Eləcə də qeyd olunan müddətdə ölkə üzrə karantin rejimi qaydalarını pozan 3 nəfər barəsində həbs, 1 296 nəfər barəsində digər inzibati tənbeh tədbirləri tətbiq olunub.

Ev şəraitində müalicə təyin edilən 2 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunaraq evə qaytarılıb və barələrində cinayət işi başlanılıb.

"Bu istiqamətdə həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir", - Mətbuat xidmətindən bildirilib.

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bakıda yaşayış binasında yanğın oldu: sakinlər təxliyə edildi

Bakıda yaşayış binasında yanğın olub. Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir. Qaradağ rayonunda beşmərtəbəli yaşayı...

Sabunçuda oğurlanan avtomobil Bərdədə - DİN

Paytaxtın Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinə müraciət edən Naxçıvan şəhər sakini A.Ağalarov fevralın 24-dən 27-dək olan müddətdə Bakıxanov qəs...

Gürcüstandakı partlayışda azərbaycanlı məktəbli öldü

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Qardabani rayonunda məktəb binasının yaxınlığında partlayış baş verib. Sfera.az xəbər verir ki, hadisə nətic...

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıt şəhərində yol qəzası olub. Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, fevralı...

Azərbaycanda qəzaya düşən vəzifəli şəxslər işdən çıxarıldı

Tərtər rayonu ərazisində yol qəzasına düşən vəzifəli şəxslər işdən çıxarılıb. Sfera.az xəbər verir ki, bu barədə Tərtər rayon İcra Hakimiyyətinin başçısı ...

“Meyvəli” bazarında yanğın başlayıb

Lökbatan qəsəbəsi ərazisindəki "Meyvəli" bazarında yanğın başlayıb. Sfera.az "Report”a istinadən xəbər verir ki, yanğın ərzaq mağazalarını birində qeydə a...