No Image
No Image

Pomidorla xiyarı qəti şəkildə birlikdə yemək olmaz

Pomidorla xiyarı qəti şəkildə birlikdə yemək olmaz
Biz elə hesab edirik ki, iki faydalı tərəvəzi, meyvəni birləşdirsək, orqanizm ikiqat xeyir görəcək. Amma orqanizmdə gedən kimyəvi prosesləri, eləcə də ərzaqların tərkibini düzgün bilmədiyimizdən səhvlərə yol veririk. Çox zaman isə harda, kimdə nəyi necə gördük, təkrar edirik.

Məsələn, süfrəmizdə hətta indi səhərlər də görünən pomidor-xiyar cütlüyü. Dədə-babalarımız pomidoru çox gec görüb, çünki Azərbaycana xas tərəvəz deyil. Və onlar heç vaxt pomidor-xiyar salatı etməyib.
Sfera.az xəbər verir ki,pomidor-xiyar, eləcə də digər ərzaqların ikilikdə qəbulunun zərəri barədə izahını təqdim edir.

Pomidor -xiyar - İş ondadır ki, xiyar tərkibinə görə qələvi, pomidor isə turşu təsirlidir. Onların hər birinin həzmi ayrı cür gedir. Pomidoru parçalayıb həll etmək üçün mədə qələvini sintez edir, xiyar üçünsə turşu lazımdır. İkisini birlikdə yedikdə göründüyü kimi mədə çaşır və həzm yaxşı getmir, turşu-qələvi balansı pozulur.

Pendirlə - qayğanaq, omlet - səhərlər bu ikili çox hazırlanır. Hər ikisi güclü zülal mənbəyidir. Mütəmadi belə yeyilsə, orqanizmdə zülal artıqlığından problemlər yaşana bilər.

Makaron və ya xingal pomidor və pendirlə - Turş tərkibli pomidorla karbohidrat makaronu, xəmiri qarışdırmaq olmaz. Həzm prosesi pozulacaq.

Südlə banan - İkisi birlikdə mədədə pis həzm olunur, ağırlıq yaradır.

Yeməklə meyvə - hətta yeməkdən dərhal sonra da meyvə yemək olmaz. Çünki mədə əvvəlcə yağ və zülalı parçalayır. Bu da 1-2 saat vaxt tələb edir. Deməli meyvə 2 saat sonra yeyilməlidir./medicina.az/
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bu gündən Azərbaycanda "Sputnik V” vaksininin tətbiqinə başlanılır

Bu gündən etibarən Azərbaycan vətəndaşları yeni koronavirus infeksiyasına qarşı peyvəndlənmə məqsədi ilə Rusiya istehsalı olan "Sputnik V” vaksinindən də istifa...

Xiyar pəhrizi ilə - Orqanizmi necə təmizləməli?

Xiyarın vitamin deposu olduğu, dəri, saç və dırnaqlar üçün faydalarından xəbərdarıq. Lakin məlum olub ki, xiyar həm də xərçəng xəstəliyinin profilaktikasında xe...

Mobil telefonla yuxuya gedərkən nə baş verir? – İNANILMAZ FƏSADLAR

Mobil telefon demək olar ki, hər yerdə bizi müşayiət edir. Hətta səhərə kimi telefonla birlikdə yatıb, oyanırıq. Sfera.az xəbər verir ki, mobil telefon is...

TƏBİB-dən nöqsanlar aşkarlanan xəstəxanaları ilə bağlı AÇIQLAMA

"Tibbi sığortanın tətbiqindən sonra xidmət keyfiyyətinin yaxşılaşdırılması və ona vətəndaş əlçatanlığının təmin edilməsi kadrların peşəkarlığı və mövcud səhiyyə...

Son sutkada peyvənd olunanların sayı açıqlandı

 Azərbaycanda bu gün 3 694 nəfər vaksinasiya olunub. Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. ...

Koronavirusa yoluxma sayı açıqlandı, 13 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 426 yeni yoluxma faktı qeydə alınıb, 515 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Opera...