Politoloq: “Azərbaycan ABŞ üçün Xəzər regionunun açarıdır”

Politoloq: “Azərbaycan ABŞ üçün Xəzər regionunun açarıdır”
 "Azərbaycanla ABŞ arasındakı münasibətlər metodik, sabit və mütərəqqi şəkildə inkişaf edir və Amerika hökumətinin Azərbaycan bazarında hansısa narahatlıq yaşadığını və hansısa siyasi səbəbdən buradakı iştirakını məhdudlaşdırmağa çalışdığını söyləmək üçün heç bir əsas yoxdur”.

Bunu report-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, Bakı ilə Vaşinqtonun bir çox beynəlxalq problemlər, regional proqramlar kontekstində nə dərəcədə razılaşdırılmış hərəkət etdiyini, bu və ya digər dərəcədə dünya nizamının sabitləşməsi, təhlükəsizlik kəmərinin yaradılması, onun möhkəmləndirilməsi ilə bağlı olan bütün proseslərdə iştirak etdiyini göstərən çoxlu sübut var: "Azərbaycan ABŞ rəhbərliyinin Kosovo, İraq və Əfqanıstanda sülhməramlı missiyalarına dəstək vermək lazım gəldikdə həmişə qarşı tərəfin təşəbbüslərini dəstəkləyib. Ümumiyyətlə, Bakının Qərb cəmiyyəti, o cümlədən ABŞ ilə əlaqələri hər zaman uzaqgörənliyi və praqmatizmi ilə seçilib. 2001-ci ilin terror hücumlarından dərhal sonra Azərbaycanın ABŞ-ı dəstəkləməsi, ABŞ-ın Avrasiya məkanında həyata keçirməyə başladığı təhlükəsizlik proqramının bir hissəsi olması buna bariz nümunədir”.

"Münasibətlərimizin biznes tərəfinə gəlincə, Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən və 1994-cü ildə atəşkəs sazişi imzaladıqdan sonra o, amerikalı və avropalı tərəfdaşları Azərbaycanın verdiyi sözə görə məsuliyyət daşıdığına inandırdı, Qərb kapitalının Azərbaycanın energetika sektorunda kök salması üçün təhlükəsizlik rejiminin və sabitliyin yaradılmasına zəmanət verdi. Bundan sonra ABŞ şirkətləri Xəzərin Azərbaycan sektorunda karbohidrogen ehtiyatlarından istifadə etməyə başladılar”, - politoloq xatırladıb.

"Məncə, şirkətlərin tez-tez orientr dəyişdiyi bazar manevr üçün çox həssas sahədir. "Exxon Mobile” və "Chevron” şirkətlərinin bu yaxınlarda neft müqavilələrindən çıxması heç nədən xəbər vermir. Unutmayaq ki, "BP Azərbaycan” ABŞ kapitalının olduğu nəhəng biznes strukturudur və bu struktur özü müqaviləni uzatmağa çalışırdı, nəticədə müqavilə 30 il müddətinə uzadıldı. Burada ABŞ-ın maraqları tam təmin edilib. Bu şirkətlərin ayrılması isə sırf bazar-konyuktura baxımdan əsaslandırıla bilər”, - T.Abbasov bildirib.

O söyləyib ki, bu yaxınlarda ABŞ lideri Donald Trampın Prezident İlham Əliyevə göndərdiyi məktub iki ölkə arasındakı münasibətlərdə praqmatizmin hökm sürdüyünü bir daha göstərib: "Hər iki tərəf bir-birinin lazım olduğunu anlayır, buna görə də əməkdaşlığı inkişaf etdirmək, həm təhlükəsizlik, həm də Qərb ölkələri üçün enerji baxımından özünütəminetmə mövqelərini gücləndirmək baxımından əlavə imkanlar yaratmaq üçün qarşılıqlı istək mövcuddur. Mövcud vəziyyətdə ABŞ "Cənub Qaz Dəhlizi”ni və qarşılıqlı fəaliyyət formatımızda üstünlük təşkil edən iş üslubunu yüksək qiymətləndirir”.

"Hesab edirəm ki, Amerika biznesinin Azərbaycan bazarında iştirakı ilə bağlı mənfi, narahatdoğurucu mənzərə yaratmağa çalışan bəzi ekspert cəmiyyətləri bir qədər artıq səy göstəriblər. Onlar faktları təhrif edir, arzuolunan düşüncələri həqiqət kimi qələmə verirlər. Əslində isə narahatlıq üçün heç bir səbəb yoxdur. Özü də bir daha deyirəm, Trampın müstəqilliyimizin ildönümü ilə əlaqədar İlham Əliyevə göndərdiyi məktub hansısa sıradan jest deyil, əksinə, sınanmış tərəfdaşına - Azərbaycana ABŞ-ın onun uğurlarını izlədiyini, xalqımızın rifahı və maraqları ilə maraqlandığını bir daha bildirmək imkanıdır. Ən başlıcası, bu çiçəklənmə effektiv və qarşılıqlı faydalı fəaliyyətlərimizi genişləndirmək üçün motivlərdən biridir. Amerikalılar üçün Azərbaycan özünü qoruya, əməkdaşlıq və müxtəlif miqyaslı proqramların icrası üçün etibarlı kəmər yarada bilən sabit və aydın ölkədir. Ona görə də amerikalıları həyatda Xəzər hövzəsi ilə vidalaşmazlar. Bu, onlar üçün strateji bölgədir, burada İran, Mərkəzi Asiya və Əfqanıstan amilləri də mövcuddur. Amerikalılar Azərbaycanın bu baxımdan onlar üçün açar-ölkə olduğunu gizlətmirlər. Bu baxımdan onlar subyektivliyini qorumağı bacaran, milli suverenliyini həyata keçirə bilən və mövcud əməkdaşlıq potensialını reallaşdırmaq istəyi və bacarığı ilə öz mahiyyətini göstərən Azərbaycan tərəfinin tərəfdaşlıq keyfiyyətlərini yüksək qiymətləndirirlər”, - politoloq qeyd edib.

OXŞAR XƏBƏRLƏR

“Mayası xəyanətdən yoğrulmuşlar sadəlöhvcəsinə düşünürlər…

Qüdrət Həsənquluyev: "Tarixdə prezidentinə və dövlətinə xəyanət etmiş qiyamçı qara polkovnik kimi qalan Sürət isə Rüstəm İbrahimbəyovdan 20 il əvvəl istifadə ol...

Ordudakı kadr dəyişikliyini zəruri edən nədir?

 "Hadisələrin gedişatını müşahidə edən biri kimi deyə bilərəm ki, Müdafiə Nazirliyində aparılan ciddi struktur və kadr islahatları ordunun daha da güclənmə...

"Huner Group"dan möhtəşəm fürsət

Huner Group Ağ Şəhərdə yeni layihəsi olan "Hünər Park” yaşayış kompleksində alıcılar üçün möhtəşəm fürsət təqdim edir.  8 mərtəbədən, 9 blokdan ibarə...

Deputatdan həmsədrlərə sərt ittihamlar

 "Beynəlxalq təşkilatlar, xüsusən də ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın 28 ildir Azərbaycan torpaqlarını işğal altında saxlamasına görə məsuli...

Ədalət Vəliyev: "İqtidarla müxalifət arasında indiyədək müşahidə edilməyən yaxınlaşma var"

"Azərbaycanda həyata keçirilən islahatların prioritet istiqamətlərindən biri olan korrupsiyaya qarşı mübarizə pandemiya şəraitində də səngiməyib”. "Report” x...

"Ordumuzun təchizatı da güclüdür, milli ruhu da yüksəkdir"

 "Ordumuz çox güclüdür. Ordumuzun təchizatı da güclüdür, milli ruhu da yüksəkdir" Bunu sonxeber.az-a Dağlıq Qarabağ münaqişəsinin mümkün həlli yollar...